Modem
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Modem sözü Modulator Demodulator sözlərindən əmələ gəlib. Modem kabel və ya telefon xətti vasitəsi ilə iki kompüteri birləşdirmək üçün qurğudur. Modemlər həm kompüterin daxili həm də xarici qurğuları sırasına daxil edilə bilər. Modemlərin aşağıdakı növləri vardır:
Mündəricat |
[redaktə / تحریر] Daxili modem
Kompüterin ana platasına İSA və ya PCİ slotu vasitəsi ilə qoşulur. Xüsusi drayver tələb edir. Deyərdim ki, proqramı təminat olmadan yararsız bir hissədir.
[redaktə / تحریر] Xarici modem
Kompüterə COM port və ya USB port vasitəsi ilə qoşulur. Ayrıca cərəyan mənbəyinə də qoşmaq tələb olunur.
[redaktə / تحریر] Apparat modem
Bütün əməliyyatlar apparatın özündə Digital Signal Processor vasitəsi ilə həyata keçirilir.
[redaktə / تحریر] Proqram modem
Bütün əməliyyatlar proqram təminatı vasitəsi ilə həyata keçirilir. Telefon xəttinin qoşulması üçün oyuq və cərəyanı şiddətini tənzimləmək üçün kiçik qurğusu olur.
İlk modem Hayes Microcomputer Products şirkəti tərəfindən 1979-cu ildə Apple II kompüteri üçün yaradılıb. Onun qiyməti 380$ idi.