Mariya Küri
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
بومقاله هله لیک قارالاما حالیندادیر، مقاله نی تکمیل اتمه ایله ویکیپدیا نی زنگینلشدیرین
Mariya Kyüri (fransızca: Marie Curie; əsl adı: Maria Sklodovska) (7 Noyabr, 1867, Varşava – 4 İyul 1934, Sallanches) - fransız kimyaçısı və fizikı.
Polşa əsillidir. Radium elementini kəşf etmişdir və 2 dəfə Nobel mükafatına layiq görülmüşdür. Mariya Kyüri yeganə alimdir ki, Nobel mükafatına iki ayrı-ayrı sahədə almağa nail olmuşdur. Nobel mükafatını ilk dəfə həmçinin iki dəfə almış yeganə qadındır.
Əri Pyer Kyüri ilə birlikdə Polonium və Radium elementini kəşf etmişdir.
[redaktə / تحریر] Həyatı və elmi fəaliyyəti
Varşavada anadan olmuşdur. Anasını və bacılarından birini çox erkən itirmişdir.
O zamanlar Polşa Rusiya İmperiyasının tərkibində idi və qadının ali təhsil alması məhdud idi.
Bir neçə il tərbiyəçi kimi fəaliyyət göstərir, Fransada təhsil alan bacısına maddi cəhətdən yardım edir. Daha sonralar 24 yaşında olarkən böyük bacısının köməyi ilə Fransanın məşhur univeristetlərindən biri olan Sarbonnaya gedir və orada Fizika və Kimyadan təhsil alır.
Daha sonralar univeristetdə müəllimə kimi (O, həmçinin Sarbonna Universitetində ilk qadın müəllimə - daha sonralar ilk qadın professor olmuşdur.) fəaliyyət göstərir və burada gələcək əri Pyer Kyüri (O da müəllim idi, Fiziki və Kimyəvi tədqiqatlar aparmağa laboratoriyası var idi) ilə tanış olur və 1895-ci ildə onlar evlənirlər. 1897-ci ildə onların qızı dünyaya gəlir.
1896-cı ildə Henri Bekkerl təsadüf nəticəsində xarici işığ mənbəsi (günəş və ya süni işıq) olmadan Uran duzlarının şüalanmasını kəşf etdi. Bu Fiziklər üçün əsl sürpriz idi. Fiziklər və Kimyaçılar qarşısında əlavə sual meydana çıxdı: görəsən bu xassə yalnız Urana və onun duzlarınamı məxsusdur, yoxsa bu xassədə başqa elementlərdə də var?
M.Kyüri məhz bu sual ətrafında əri Pyer Kyüri ilə birlikdə tədiqatlar aparmağa başladı. Daha donralar Fransa alimləri Torium elementinində bu xassəyə malik olduğunu müəyyən etdilər.
Mariya Kyüri Uran və Torium olan filizlərin sistematik tədqiqi zamanı orada yeni iki element kəşf etdilər- Radium və Polonium. I element II-nə nisbətən daha güclü işıqlandığı üçün ona radium - şualanan adı verildi. Digər elementə isə M. Kyüri öz vətəninin şərəfinə Pollonium adını verdi.
M. Kyüri Uran filizlərində işləmək və analiz etmək üçünü klassik üsul işləyib hazırlamışdır.
Elementlərin öz-özünə şualanmasına radioaktivlik adını məhz Mariya və Pyer Kyüri vermişdir.
1903-cü ildə Mariya və Pyer Kyüri "Radiasiya hadisəsinin tədqiqində ki, əvəzedilməz müştərək fəaliyyətlərinə görə" Nobel Fizika Mükafatına layiq görüldülər.
1911-ci ildə M.Kyüri Nobel Kimya mükafatına "Kimyanın inkişafındakı əvəzedilməz fəaliyyətinə: Radium və Polonium elementlərinin kəşf edilməsi, Radiumun ayrılaması və bu möhtəşəm elementin təbiətinin öyrənilməsinə görə" layiq görülmüşdür.
Mariya Kyüri uzun müddət Radioaktiv elementlərlə təmasda olduğu üçün 1935-ci ildə vəfat etmişdir. O radioaktivliyin ziyanlı cəhətlərindən xəbərsiz olduğu üçün Radium elementini sinəsində talisman kimi gəzdirərmiş.