Səməd Vurğun
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
بومقاله هله لیک قارالاما حالیندادیر، مقاله نی تکمیل اتمه ایله ویکیپدیا نی زنگینلشدیرین
Səməd Vurğun (Сəмəд Вурғун, Səməd Yusif oğlu Vəkilov) (21 Mart və ya 12 May 1906, Qazax — 27 May 1956, Bakı), Azərbaycan xalq şairi. Səməd Vurğun Azərbaycanın xalq şairi (1956). Azərb.SSR EA akademiki (1945), Azərb.SSR əməkdar incəsənət xadimi (1943). SSRİ Dövlət Mükafatı Laureatı (1941,42) adlarına layiq görülən Səməd Vurğun Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1934-37), sədri (1941-48), Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərb.SSR EA vitse-prezidenti (1954-56) olmuşdur. 1918 ildə Qazax müəllimlər seminariyasına daxil olmuşdur. Seminariyanı bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncədə müəllimik etmişdir. Öz ədəbi fəaliyyətinə 1926-cı ildən başlamışdır. İlk dəfə mətbuatda Mavi göl şeri iləGənc isçi qəzetində çıxış etmişdir. 1920-30 illərdə Vurğunun səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb etdir.Yevgeni Onegin Puşkin, Qız və Ölüm Qorki, Pələng gönündə vityaz Şota Rustaveli ,Leyli və Məcnun Nizami əsərlərini Azərbaycan dilinə tərcümə edib.