Qafqaz kilsəsi
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
بومقاله هله لیک قارالاما حالیندادیر، مقاله نی تکمیل اتمه ایله ویکیپدیا نی زنگینلشدیرین
ALBAN KİLSƏSİ
Qədim xristian kilsələrindən biri olub. IV əsrin əvvəllərində Qafqaz Albaniyasında çar Urnayr xristianlığı dövlət dini elan etdi.
IV-V əsrlərdə bu kilsə bilavasitə Roma kilsəsinə tabe idi. Kilsə yepiskopu Romada təsdiq olunurdu. Bu vəziyyət 451-ci ildə Xalkedonda çağrılmış IV Ümumdünya kilsə yığıncağında - xristian aləmində şərq və qərb kilsələri arasında (monofizitlər və diofizitlər) doqmatik mübarizə başlayana qədər davam etdi. Alban kilsə müstəqilliyinin bərqərar edilməsində 488-ci ildə çağrılmış Aquen kilsə məclisinin mühüm rolu olmuşdur.
506-cı il Dəbil kilsə məclisində Alban kilsəsi monofizitliyi qəbul etdi. 551-ci il Dəbil məclisində isə Alban kilsəsi Bizans kilsəsindən ayrılıb müstəqil fəaliyyətə başladı.
VI əsrin sonu – VII əsrdə Qafqazda Bizansın siyasi təsirinin güclənməsi ilə əlaqədar olaraq Alban kilsəsi diofizitlərə qoşuldu. Qafqazın VIII əsrin əvvəllərində işğalı Alban kilsəsinin fəaliyyətinə təsir göstərdi. Nəticədə Alban kilsəsi diofizitlərdən ayrıldı. Özünə tabe olan xristian əhalisi haqqında öz planları olan Ərəb xilafəti erməni kilsəsinin təsiri ilə Alban kilsəsinin monofizitləşdirə bildi. 705-ci ildə isə onu erməni kilsəsinə tabe etdi. Sonralar alban kilsəsinin qriqorianlaşması başladı. Katalikosluğun mərkəzi Bərdədən Amarsa köçürüldü. Sonralar - XIV əsrdə Qanzasar katalikosluğun mərkəzi oldu.
1836-ci il erməni katalikosluğunun təkidi ilə Peterburq Müqəddəs Sinodu Alban-Qafqaz katalikosluğunu ləğv etdi.
Həmçinin bax- Qafqaz Albaniyasında Din
|
||||||||||||||
Click to show
|