Avoqadro qanunu
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Avoqadro qanunu ideal qaz qanunlarından biri. 1811-ci ildə italyan alimi A. Avoqadro tərəfindən kəşf olunmuşdur.
Avoqadro müəyyən etmişdir ki, eyni temperatur və təzyiqdə bütün qazların bərabər həcmlərində eyni sayda molekul olur. Bu ədəd Avoqadro ədədi adlanır və 6,023*10²³ saydadır.
Avoqadro qanununu başqa cürdə ifadə etmək olar- 6.023*10²³ sayda molekuldan ibarət qazın həcmi 22,4 l-dir və ya 6.023*10²³ sayda molekuldan ibarət qaz 1 moldur.