Web - Amazon

We provide Linux to the World


We support WINRAR [What is this] - [Download .exe file(s) for Windows]

CLASSICISTRANIERI HOME PAGE - YOUTUBE CHANNEL
SITEMAP
Audiobooks by Valerio Di Stefano: Single Download - Complete Download [TAR] [WIM] [ZIP] [RAR] - Alphabetical Download  [TAR] [WIM] [ZIP] [RAR] - Download Instructions

Make a donation: IBAN: IT36M0708677020000000008016 - BIC/SWIFT:  ICRAITRRU60 - VALERIO DI STEFANO or
Privacy Policy Cookie Policy Terms and Conditions
Aristotel - Vikipediya

Aristotel

Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا


Bu məqalə hələlik qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.

بومقاله هله لیک قارالاما حالیندادیر، مقاله نی تکمیل اتمه ایله ویکیپدیا نی زنگینلشدیرین


Aristotel,(yunanca: Αριστοτέλης) (e.ə.384 - e.ə.322) - qədim Yunan filosofu.

Ərəstu-Bu adla Aristotel yalnız şərq ölkələrində həmçinin Azərbaycanda tanınır.

Aristoteles
Enlarge
Aristoteles

Aristotel fəlsəfə, məntiq, psixologiya, fizika, biologiya, tarix, etika, estetika və siyasət məsələlərini tədqiq etmişdir. Staqiratda anadan olub (buna görədə na çox zaman “Staqirit” deyirdilər). Platonun Akademiyasında oxuyub. Makedoniyalı İsgəndərin tərbiyəçisi və Afinada Likey fəlsəfə məktəbinin təsisçisi olub. Əfsanəyə görə İsgəndərin ölümündə onun rolu var (Əfsanəyə görə İsgəndərin atası-Makedoniya çarı Fillip Aristotelin ailəsini o uşaq olarkən qırmışdır. Aristotel bununla İsgəndərdən ailəsinin intiqamını almışdır)

Hələ Platondan təhsil alarkən Aristotel onun şeylərə münasibətlərdə ideyaların nə isə ilkin olmaları nəzəriyyəsini tənqid edirdi (Bununla əlaqədar Aristotelin dilindən belə bir deyim var- Platon mənim dostumdur amma həqiqət daha vacibdir ). O, göstərirdi ki, belə yanaşma dünyanı nəinki anlatmır, yalnız cismlərin izzahatı lazım gələn kəmiyyəti göstərir. O, hesab edirdi ki, mahiyyəti mahiyyəti olduğu “şeydən” ayırmaq olmaz: əgər şeylər duyğulu dərk edilən aləmdə vardırlarsa, onda mahiyyət ideal axirət aləmində qala bilməz. Aristotel maddi aləmin obyektiv varlığını qəbul edir və hisslərə, anlayışlara və təsəvvürlərə real şeylərin törəmələri kimi baxırdı. Şeylərin mahiyyətini o, şeylərin özündə axtarırdı. Lakin maddədə o yalnız passiv başlanğıc görürdü və bu başlanğıc xüsusi aktiv başlanğıca - “formaya” tabe idi və bütün “formaların forması”nın ən yüksəyi onun fikrincə, Allahdır. Aristotelin materializm və idealizm arasındakı tərədüddləri onun dialektika ilə metafizika arasındakı tərəddüdləri ilə müşhaidə edilirdi. O, təbiətdə və cəmiyyətdə hərəkəti qəbul edib, hərəkətin müxtəlif növlərinin (meydana gəlmə, məhv olunma, inkişafı, azalma, keyfiyyətcə dəyişmə və fəzada dəyişmə) mövcud olmasına işarə edirdi. Ziddiyyətlərin qarşılıqlı əlaqəsini, keyfiyyətli dəyişikliklərin kəmiyyətlərədən asılılığını görür, mümkünlüyün həqiqətə çevrilməsini tədqiq edirdi. Bununla bərabər hərəkətin mənbəyi- “birinci mühərriki” Allahdır və Aristotelə görə O, maddədən kənarda qalır və özü hərəkətsiz qalaraq bütün dünyanı faydalı hərəkətə gətirir. Allah- bütün əşyaların inkişafının sonuncu səbəbi, ən yüksək məqsədidir və bunuda Aristotel entelehiya adlandırırdı. Ümumi ilə ayrının arasında olan nisbəti Aristotel düzgün başa düşmək iqtidarında deyildi.

Formal məntiqin inkişafında xüsusilə Nəticələr nəzəriyyəsinin (Sillogizm) işlənməsində Aristotelun böyük elmi sə`yi var.

Kosmologiya sahəsində Aristotel Geosentrizm nəzəriyyəsinin tərəfdarı idi. Onun kosmoloji fikirlərini sonradan Ptolomey inkişaf etdirmişdir. Sonralar bu nəzəriyyə Xristian kilsəsi tərəfindən ehkamlaşdırılmışdır.

Aristotel öz tədqiqatlarında Biologiyayada yer ayırmışdır. O, 500-dən artıq heyvan növünü təsvir edib onların təsnifatına cəhd göstərmişdir. Aristotela görə həyatın maddəsi vücud forması isə ruhdur. Öz sistematikasında o, heyvanları 3 qrupa bölmüşdür- insan, bitki və heyvan. Aristotel estetikanın tarixində mühüm rol oynayıb incəsənətə gerçəkliyi əks etdirən sahə kimi yanaşmışdır. Bu sahədə o öz müəllimininin-Platonun əsərini (“İdeyalar ideyası” əsərini) tənqid etmişdir. Onun fikrincə bu ideya həqiqi həyatla əlaqəsizdir. Onun fikrincə etika məsələləri insanların ictimai vəziyyətləri ilə sıx əlaqədə baxılmalıdır. O, hesab edirdi ki, səxavət yalnız azad insana aid bir xüsusiyyətdir. Qullar heç zaman səxavətli ola bilməzlər, onlar pozğundurlar. Aristotel qul simasında ağasının “danışan alət”ini görürdü. Buna görədə Aristotel öz ictimai-siyasi və fəlsəfi görüşlərini “ən mükəmməl sistem” olan Quldarlığın möhkəmlənməsinə yönəltmişdi. Nə qədər qəribə görünsədə Aristotel fəlsəfəsinin ikili xüsusiyyəti buradada özünü göstərir. O, Eyni zamanda o quldar ə`yanların əleyhinə çıxış edirdi, beləliklə quldarların ortaq təbəqəsinin ideoloquna çevrilmişdi.

Aristotel fəlsəfi fikrin sonrakı inkişafına çox ciddi təsir göstərmişdir. Onun təlimi 2 istiqamətdə- mistik İdealizm və digər tərəfdən Materialist fəlsəfi fikrin inkişafı üçün mənəvi qida mənbəyi olmuşdur. Aristotel Qərb fəlsəfəsinin inkişafı ilə yanaşı Şərq və Azərbaycan fəlsəfəsinə də çox ciddi təsiri olmuşdur.

Our "Network":

Project Gutenberg
https://gutenberg.classicistranieri.com

Encyclopaedia Britannica 1911
https://encyclopaediabritannica.classicistranieri.com

Librivox Audiobooks
https://librivox.classicistranieri.com

Linux Distributions
https://old.classicistranieri.com

Magnatune (MP3 Music)
https://magnatune.classicistranieri.com

Static Wikipedia (June 2008)
https://wikipedia.classicistranieri.com

Static Wikipedia (March 2008)
https://wikipedia2007.classicistranieri.com/mar2008/

Static Wikipedia (2007)
https://wikipedia2007.classicistranieri.com

Static Wikipedia (2006)
https://wikipedia2006.classicistranieri.com

Liber Liber
https://liberliber.classicistranieri.com

ZIM Files for Kiwix
https://zim.classicistranieri.com


Other Websites:

Bach - Goldberg Variations
https://www.goldbergvariations.org

Lazarillo de Tormes
https://www.lazarillodetormes.org

Madame Bovary
https://www.madamebovary.org

Il Fu Mattia Pascal
https://www.mattiapascal.it

The Voice in the Desert
https://www.thevoiceinthedesert.org

Confessione d'un amore fascista
https://www.amorefascista.it

Malinverno
https://www.malinverno.org

Debito formativo
https://www.debitoformativo.it

Adina Spire
https://www.adinaspire.com