Web - Amazon

We provide Linux to the World


We support WINRAR [What is this] - [Download .exe file(s) for Windows]

CLASSICISTRANIERI HOME PAGE - YOUTUBE CHANNEL
SITEMAP
Audiobooks by Valerio Di Stefano: Single Download - Complete Download [TAR] [WIM] [ZIP] [RAR] - Alphabetical Download  [TAR] [WIM] [ZIP] [RAR] - Download Instructions

Make a donation: IBAN: IT36M0708677020000000008016 - BIC/SWIFT:  ICRAITRRU60 - VALERIO DI STEFANO or
Privacy Policy Cookie Policy Terms and Conditions
Zəncan (ostan) - Vikipediya

Zəncan (ostan)

Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا

Zəncan ostanı
Enlarge
Zəncan ostanı

Zəncan - İranda, Cənubi Azərbaycan bölgəsində ostan.

Mündəricat

[redaktə / تحریر] Coğrafiya və tarix

Zəncan əyaləti və ya Zəncan düzənliyi İranın şimal-qərbinin mərkəzi hissəsində yerləşir. Zəncan, Əbhar və Xudabəndə əyalətin böyük şəhəridir. Əyalətin əhalisi 1996-cı ilin noyabrında 900, 890 nəfər idi, bunun 47,62%-i şəhər əhalisi, 52,37%-i kənd əhalisi, qalan hissəsi isə qeydiyyatda olmayanlardır. Zəncan əyaləti iki regiondan ibarətdir: dağlıq və düzənlik. Uca zirvələri olan dağlıq zonalar Zəncan şəhərinin şimal hissəsi ilə kəsişir, qalan hissəsi isə düzənlikdir.

Zəncan əyalətinin iki cür iqlimi var. Yazda və yayda yağışların miqdarı başqa fəsillərdəkindən çoxdur. Yay və yaz vaxtı istirahət, asudə vaxt keçirmək üçün ən münasib vaxtdır . Təbiət, çaylar, mineral su bulaqları və iqlim bütövlükdə hamısının öz təravəti və gözəlliyi var. Zəncan əyaləti İranın tarixi regionlarından biridir. Onun keçmiş, qədim dövrü iki tarixi mərhələyə ayrılır:

[redaktə / تحریر] 1- İbtidai dövr

(eramızdan əvvəl 7-ci minillikdən 3-cü minilliyinin əvvəlinə qədər), o dövrə məxsus və tanınmış abidələr ?Baadostin? mədəniyyətinə aiddir, onların 30 000 ilə yaxın yaşı var.

[redaktə / تحریر] 2- Tarixi dövr

(eramızdan əvvəl 3-cü minilliyin əvvəli-2-ci minilliyin sonu). İnsan məskənləri 3-2 minillikdə İran sivilizasiyasının çiçəklənməsindən xəbər verir.

[redaktə / تحریر] 3- Yeni tarixi dövr

(e.ə. 2-ci minilliyin sonundan eramızın 7-ci əsrin əvvəlinə kimi): Bu dövrün ən fərqləndirici, parlaq nümunələrindən sadə boz gil növüdür. Bu da eyni zamanda Ariyan Ariya tayfalarının bu bölgəyə miqrasiyası ilə bağlıdır. Eramızdan əvvəl 1-ci minilliyin əvvəlinə qədər bu regionda dövlətçilik sistemi təyin olunmamışdır. Hətta Urartu dövləti öz hökmranlığını möhkəmlədə bilmədi, hökmranlıq uzun sürmədi. Assuriyalıların sənədlərinə görə bu region eramızdan əvvəl 9-cu əsrdə Andya adlanıb və onun sakinləri yəqin Hulubi və Quti tayfaları ilə əlaqə saxlayıblar, onlar da Zaqros dağlarının ətəklərində yaşayıblar. Regionun e.ə. 7-ci əsrdə minilliyin sonuna qədərki tarixi haqqında iki mənalılıq var, bütöv Əhəmənilər dövrü haqqında aşkar edilmiş Xodabən dağda ?Derik? və ?Riton? nişanələri Əhəmənilər dövrünün yadigarlarıdır. Zəncan çay və Gızıl Üzən dərələri Farsların və Sasanilərin dövründə çiçəklənib. Bu dövrün ən mühüm abidələri arasında Taşvir atəşpərəst məbədini qeyd etmək olar.

[redaktə / تحریر] 4- İslam dövrü

(eramızın 7-ci əsrindən 19-cu əsrinə kimi). Bu dövr Osmanlılari zamanı İranın işğalı ilə başlanır. Əldə olan sənədlərdən məlum olur ki, bu region islam dövrü ərzində iqtisadiyyat, mədəniyyət və incəsənət baxımından çiçəklənən ərazi olubdur. Sultaniyyə şəhərinin Monqol İlxanilər tərəfindən paytaxt seçilməsinin səbəblərindən biri bu regionda 7-8-ci əsrdə iqtisadiyyatın canlanmasıdır. İlxani hökumətinin 9-cu əsrdə Sərbedaran tərəfindən yıxıldıqdan sonra Zəncana Topal Teymur tərəfindən hücum edilmişdir və bu şəhər uzun müddət işğal altında qalmışdır.

Region iqtisadiyyat və mədəniyyət baxımından Səfəvilər və Qacar dövrlərində, xüsusən də Şah Təhmasib və Ağa Məhəmməd Xanın hakimiyyəti zamanı çiçəklənib. Əyalətin əsas tarixi, mədəni və turizm yerləri aşağıdakılardır:


[redaktə / تحریر] Zəncan şəhəri

Zəncan şəhəri Tehranın 328 km-liyindədir. Yayda mülayim, qışda soyuq havası olan Zəncan iki böyük dərədən ibarətdir: ?Zəncan Rud? və ?Sefid Rud?, onların arasında Qaravas və Anquran dağları yerləşir. Zəncanın salınma tarixi Ərdəşin (Artaşin) Papakanın hakimiyyəti dövrüdə olubdur və o ?Şahin? və ya ?Şahan? adlanıb. Zaman keçdikcə bu isim dəyişib. ?Zəncan? və ya ?Zənqan? olub. 372-ci ildə yazılmış ?Dünyanın sərhədləri? kitabında çiçəklənən, zənginləşən, firavan şəhər kimi təsvir olunub.

Zəncana Monqolların hücumundan Sultan Məhəmməd Xudabəndənin hakimiyyəti dövründə çoxlu ziyan dəymiş, Sultaniyyə dəyişib İlxani dövlətinin və İslam yurdunun böyük paytaxt şəhəri olmuşdur. Olcaytonun əmri ilə fartifikasiya (qala divarlar) çəkilmişdir. Sultaniyyənin sərhədlərində və onun mərkəzində hündür qala tiklimişdir. O, özü üçün məsçid tikdirmiş və həmin minbər Xudabəndə münbəri kimi tanınıb. Sultaniyyə Təbrizdən sonra regionda ən mühüm şəhərlərindən birinə çevrilir. Şəhər Topal Teymur tərəfindən dağıdılmışdır. Eramızın 786-cı ilində İlxanan yıxıldıqdan sonra Sultaniyyə tənəzzülə uğradı. Şah I Təhmasib Səfəvi dövründə bu şəhərdə Fətəli Şah Qacar yay sarayı tikdirmişdir.

Bu gün şəhərdə böyük əhali yaşayır. Zəncan şəhərinin təbiət, tarix və dini baxımdan ən mühüm yerləri aşağıdakılardır:

- Bir neçə mineral su bulaqları; - Anduran Qoruğu; - Möhtəşəm Zolfaqari binası; - Zəncan qala divarları; - Şamiran, Sansiz və Sati qəsrləri; - Gülşən və Maysk karavansarayları, qədim hamamlar; - Bir neçə körpü; - Qalicak və Xarmanç Sar tarixi mağaralar; - Seyid, Mirzəyi və Qolayr Cali Məscidləri; - İmamzadə Seyid İbrahim.

[redaktə / تحریر] Əbhər

Xoş dağ havası, soyuq qarlı qışları və mülayim yayı, məşhur ?Əbhər Rud? çayı şəhərdən keçir. ?Əbhər çay? adlanan Əbhər rayonu yerli dialekti ilə İranın ən qədim rayonlarından biridir. Məlum faktlara görə, Əbhərın ən çiçəklənən vaxtı eramızdan əvvəl 2-ci minillikdən 9-cu əsrə qədər olub; müxtəlif tayfa birləşmələri (qəbilələr) bu regionda məskunlaşıblar. İlxani dövlətinin qurulduğu və Sultaniyyənin paytaxt seçildiyi zamandan bu region mühüm əlaqə nöqtələrindən birinə çevrilmişdir.

Bu vəziyyət hətta bu gün də mövcuddur. Etimoloci nöqteyi-nəzərdən bu şəhərin adı Pəhləvi dilində ?Oker? sözündən gəlir, su axınını nizamlayan yer mənasını verir. Şəhərin ilk yeri ?Taneh Tour? kimi tanınıb və Əbhar çayının sağ sahilindədir. Bu yer Zəncan əyalətində qədim insan məskənlərindən biridir və e.ə. 4-cü minilliyin əvvəlində yaşayış məskənlərindəndir. Əbhərın mühüm tarixi və dini baxımdan görməli yerləri aşağıdakılardır:

- Sultan Şah Qalası; - Seyid Abad tənəsi; - Həsən məqbərəsi; - Sultan minbəri; - Çelebi oğlu abidəsi; - Əbharın Caşe Məscidi; - Pirəhməd Zəhrhum və Molla Hüseyn məqbərələri; - Bir neçə İmamzadələr.


[redaktə / تحریر] Xudabəndə

Xoş dağ havası, qarlı soyuq qışı və mülayim yayı var, Xudabəndə şəhəri Zəncandan cənub şərqdə yerləşir. Bu regionda Xudabəndə - Lu Və Əbhar tayfaları yerli tayfalarla qarışmışlar, nəticədə Zəncani kimi tanınmış bir qarışıq xalq yaranmışdır. Xudabəndə şəhəri iki tarixi şəhərlərin Sührəvəərd və Sayazın əhatəsindədir. Burada Şihabəddin Sührəvərdi kimi alimlər yetişmişlər. İnsan məskənlərinin olması bu rayonda e.ə. 4-cü minilliyin sonu - 5-ci minilliyin əvvəlinə təsadüf edir. Bu rayonun abidələri arasında tapılmış qırmızı gil dən hazırlanmış əşyalar var. Görməli, maraqlı yerlərdən:

- Gərmab mineral su bulağı; - Katiç Xur Qarmabın məzarlığı; - Sayaz Caşe məscidi; - Heydər Nəbi məqbərəsi və s. qeyd etmək olar.

[redaktə / تحریر] Qoruq zonaları

İqlim və coğrafi müxtəliflik fauna və florada da öz əksini tapmışdır, onların zəngin olmasına səbəb olmuşdur. Ən böyük qoruqlar:

- Anduran Qoruğu 111,00 hektar ərazini əhatə edir; - Sahrein Qoruğu Zəncan şəhərinin hüdudlarında yerləşir.

Bu bölgədə yaşayan vəhşi heyvanlar: məməlilərdən: keçi, tur, maral, ayı, canavar, bəbir, dovşan, pişik, tülkü, çaqqal, dələ, kaftar, samur. Quşlardan kəklik, qumru, şotland kəkliyi, göyərçin, keçəl kərkəs, bayquş, sarı kəklik, vağ, qaz, durna, ördək, qartal, şahin, sığırçın və s. Köçəri quşlar: su quşu, flaminqo, durna, pelikan, vəhşi qaz, şotland kəkliyi və balıqlar üçün müxtəlif həşaratlar.

[redaktə / تحریر] Turizm

Zəncan şəhəri və əyalətin başqa şəhərləri Tehran-Bazərqan tranzit yolu boyu, Tehran-Təbriz dəmir yolu boyu yerləşirlər. Burada turistlər üçün hər lazımi şərait, xidmətlər vardır. Suvenirlər, əl işləri, (bıçaqlar, xəncərlər və s.) xalça, palaz, toxuma əl işləri satılır


Cənubi Azərbaycan (جنوبی آذربایجان, Güney Azərbaycan)
Qərbi Azərbaycan - Şərqi Azərbaycan - Ərdəbil - Zəncan - Qəzvin - Gilan (qismən) - Həmədan (qismən)


Our "Network":

Project Gutenberg
https://gutenberg.classicistranieri.com

Encyclopaedia Britannica 1911
https://encyclopaediabritannica.classicistranieri.com

Librivox Audiobooks
https://librivox.classicistranieri.com

Linux Distributions
https://old.classicistranieri.com

Magnatune (MP3 Music)
https://magnatune.classicistranieri.com

Static Wikipedia (June 2008)
https://wikipedia.classicistranieri.com

Static Wikipedia (March 2008)
https://wikipedia2007.classicistranieri.com/mar2008/

Static Wikipedia (2007)
https://wikipedia2007.classicistranieri.com

Static Wikipedia (2006)
https://wikipedia2006.classicistranieri.com

Liber Liber
https://liberliber.classicistranieri.com

ZIM Files for Kiwix
https://zim.classicistranieri.com


Other Websites:

Bach - Goldberg Variations
https://www.goldbergvariations.org

Lazarillo de Tormes
https://www.lazarillodetormes.org

Madame Bovary
https://www.madamebovary.org

Il Fu Mattia Pascal
https://www.mattiapascal.it

The Voice in the Desert
https://www.thevoiceinthedesert.org

Confessione d'un amore fascista
https://www.amorefascista.it

Malinverno
https://www.malinverno.org

Debito formativo
https://www.debitoformativo.it

Adina Spire
https://www.adinaspire.com