Türkan
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Türkan qəsəbəsi Bakının 32 kəndi içərisində ən qədim tarixə malik olanlarındandır. 8000-dən çox əhalisi olan Türkan qəsəbəsi paytaxtdan 35 km. aralıda yerləşir.17-ci əsrdə Türkan kəndi bir bəyə hədiyyə edilib.Həmin bəy hal-hazırda məşhur bəstəkar Eldar Mansurovun ulu babasıdır.Türkan kəndində iki qəbiristanlıq mövcuddur.Bunlardan biri yeni qəbiristanlıqdır ki,burada olan ən qədim məzarın yaşı bir əsrə bərabərdir.Digər qəbirstan isə daha qədimdir.Oradakı qəbirüstü daşların üzərində şəkilli yazılar var ki,bu da abidələrin çox böyük yaşa malik olmağına dəlalət edir.