Web - Amazon

We provide Linux to the World


We support WINRAR [What is this] - [Download .exe file(s) for Windows]

CLASSICISTRANIERI HOME PAGE - YOUTUBE CHANNEL
SITEMAP
Audiobooks by Valerio Di Stefano: Single Download - Complete Download [TAR] [WIM] [ZIP] [RAR] - Alphabetical Download  [TAR] [WIM] [ZIP] [RAR] - Download Instructions

Make a donation: IBAN: IT36M0708677020000000008016 - BIC/SWIFT:  ICRAITRRU60 - VALERIO DI STEFANO or
Privacy Policy Cookie Policy Terms and Conditions
Nostradamus - Vikipediya

Nostradamus

Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا


Bu məqalə hələlik qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.

بومقاله هله لیک قارالاما حالیندادیر، مقاله نی تکمیل اتمه ایله ویکیپدیا نی زنگینلشدیرین


Nostradamus
Nostradamus

Nostradamus (Michel de Nostredame, Azəri: Mişel dö Notrdam) (14 Dekabr 15032 İyul 1566)

1503 miladi ilində Fransalı həkim və münəccim anadan oldu. Nostr Adamus adıyla məşhur olan Mişel dö Notrdam 1503 ili dekabrın 14-də Fransa-nın Sən Remi iyalətində yaşayan yenicə katolik məsihiliyə inanmış yəhudi bir ailədə anadan oldu.

Klasik ədəbiyyat, münəccimlik və tibbi şamil olan ilkin bilimləri evdə öyrəndi. Avinyon üniversitəsi-ndə fəlsəfə, dilbilgisi və xitabə bilgisi oxuyub bitirdi. "həkim" şöhrətini 16-ncı əsrdə Avrupada qara ölümün (ta`unun) qırğınlığına tapdığı toxdağa görə qazandı. Nostr Adamusun toxdağı təzə hava, təmiz su və C vitamini idi. Bu toxdaqla onlarca insan ölümdən qurtardılar ancaq Nostr Adamus öz qadını ilə iki uşağını qurtarabilmədi. Onlar 1537-nci ildə öldülər və Nostr Adamus o zaman yaşadığı Axen şəhərini tərk edib altı il sürəcəyi səfillikdə yaşamağa baş qoydu. Təxminən bu zamanlarda özündə gələcəyi görmə duyğularının oyanışını hiss etdi. 1547-nci ildə Nostr Adamus Salon şəhərində qalarğı yaşayışı başlıyıb yenidən evlənib altı uşaq – üç oğlan, üç qız- sahibi oldu. O, Salondaki evinin yuxarı qatını labratuar eliyib oranı əcib aynalar, usturlablar, manqal və Delfi`də Apolon hirəmindəki (piramidindəki) qutsal üçdirəklisinə bənzəyən üçdirəkli ilə doldurdu. 1550-nci ildə Nostr Adamus uzun uzadı fikirləşəndən sonra yirmi dörd öngörücü rubaini içərən (şamil olan) bir təqvim yaydı.

Nostr Adamus`un bu təqvimini xoş qarşılamalar onun öz öngördüklərindən belə çox idi və yaşamının sonuna dək ildə bu təqvimlərdən birini yaymaq yetərdi. O, Avrupa gələcəkdə yaşayacaq tarixini içərən "Senturilərin" (yüzillərin) yazmağına 1554-ncü ildə qoyuldu. Bir il sonra hər bölümdə yüz dördlüyü (rubaisi) olan ilk dörd bölümlü kitabı yayıldı. Senturlərin sonuncu olaraq onuncu bölümü 1558-də buraxıldı. Sonralar bilginin oğulları senturilərə təkmilə olaraq "Oraqul" (Oracul) adında bir kitab çıxardılar."Senturilər" latincə izafələrlə yanaşı eski fransızca yazılmışdırlar. Bu kitabın önsözündə Nostr Adamus "öngörülərin" "Ruhülqudus`un ağzından" olmasını vurğulamaqdadır (tə`kid etməkdədir). Nostr Adamus İnkizisyon biləsinə qondarmış xəbərçilərin sorğulamasından qorxaraq simbollar dili, tutuşdurma (müqayisə), adlar və tarixləri rəmzlə yazmaqdan yararlanaraq kitabı rəmzi formada yazmışdır.

"Senturiləri" araşdıranların verdiklərinə görə Nostr Adamus dördlüklərin ilk hərflərində olacaq olayların tarixini say rəmzlərində gizlətmişdir. Belə ki rubailərin hər misrə`i özəl bir say verir. İlk hərflərdə olan hərflərin say toplamı, birinci, ikinci, ya da üçüncü misrə`in sayı ilə birdir. (demək bu hansı minilliyi işarə etməkdədir). Obiri (digər) missrə`lərin say toplamı da özəl bir olayın qalan tarixini görsətməkdədir. Hərdən rubailərdə bu qaydanı pozan qəsdi yanlışlar buraxılmışdır. Bütünlüyü 970 ruba`ini içərən "Senturilər" sanki yazarın gələcəyə getdiyi yolculuğun günlüğü kimidirlər. (2300-cü ildən sonranın olaylarını öngörən dördlüklər kökdən yox olub da əlimizə yetişməmişdir.)

Müəmmalı öngörülərin ilk basımının görünməmiş başarısından sonra şe`r sayağı müəmmalar üzərinə dərin etki buraxan Fransanın qraliçəsi (mələkəsi) Qatrina Mediçi, Mişel dö Nostr Adamus`u Paris`də qəsrinə çağırdı.

Bu 1556-nci ilin iyulundan avgustuna dək sürən bir aylıq yolculuq böyük başarı oldu. Nostr Adamus Enn Monmoransi və başqa zadəganlar tərəfindən məhəbbət və hədiyyələrlə qarşılandı. 1564-də şah Henri II`nin bir şövaliyelik (atçılıq) təmrinində ölüb Nostr Adamus öncədən işarələdiği kimi onun varisi olan Fransis II də ansızın (birdən, nagəhan) öləndən sonra Fransanın qralı Qarl IX Nostr Adamus`u öz şəxsi həkimi, münəccimi olaraq mənsub etdi. Tarixdə məşhur olan olay Nostr Adamus`un Fransalı gənc keşiş Feliçe Piyereti`nin önündə diz çöküb onun gələcək Roma katolik kilsəsi popu (papası) olacağını öngördü. Gənc keşiş bunu inanmayıb da bu sözə güldü amma 19 il sonra Sikst V adı ilə Roma popu (papası) oldu. Deyilənlərə görə Nostr Adamus öz ölümünün dəqiq tarixini də bilirmiş. 1566-ncı il iyulun birinci günü aqşamı qulluqçusunu çağırıb ona xeyirli gecə diləyərək ona "məni sabah diri görməyəcəksiniz" demişdi. O günün sabahı onu labratuarının yerində cansız tapırlar. Nostr Adamus vəsiyyətnaməsində çürümüş sümükləri dağılmsın deyə ayaqüstə quylanmasını istəmişdi. Onun məzar daşının üstündə "burda fanilərin biri, ulduzların yerkürənin üzündə olacaq olayların üzərin buraxan etkilərini anlamaq və tanrısal qələmi ilə yazmaq vergisinə sahib olan Nostr Adamus`un sümükləri quylanmışdır" yazılmışdır.

Onun şöhrətinə həsudluq (hisadət) edənlər müccimin sadə bir alkölpərəst olduğunu və dördlüklərini alköl dəliliklərində yaratdığını yazırdılar.Fransua Rable onun haqqında məsxərə ilə "tanrısal şüşələr mö`cüzələri" adı verərək danışır. 1781-də Roma popu Nostr Adamus`un öngörülərini təkfir edib onların yayılmasını yasaqladı. On il sonra inqilabçı Yaqobinlər onun məzarını söküb sümüklərini çıxarıb asıb sonra dağıtdılar. Tərəfdarları onun yadigarlarını saxlıyıb Salondaki Sən Loran kilsəsinə daşıdılar (bu şeylər bu günə dək kilsədə qalır).

Senturilərdə Fransada əsrin yenilənməsini tapan inqilabçı Robespiyer`in əmri ilə hörmətsizlik edənləri cəzalandırırıar.

Inqilab toplumuu hələ Nostr Adamus`un məzarı üstünə "inqilabı öngörən" lövhəsi qoymaq qərarına da gəlir. Anadan olduğu şəhər Sən Remi`də də heykəli qurulur. Bu günə dək rubailərin tapmacalarını çözmək için çox çalışmalar olub çoxlu say çevirmələr və çözüm kitabları yayılmışdır. Bə`zi araşdıranlara görə Nostr Adamus-un öngördüklərinin doğruya çıxdığının faizi çox yuxarıdır.


نوستر آداموس

‏1503 میلادی ایلینده فرانسا لی حکیم و منجيم آنادان اولدو. نوستر آداموس آدیلا مشهور ‏اولان میشل دو نوتردام 1503 ایلی دکابرین 14 ده فرانسا نین سن رئمی ائیالتینده یاشایان يئنیجه ‏کاتولیک مسیحی لیيه اینا نمیش یهودی بیر عائیله ده آنادان اولدو.‏ کلاسیک ادبیات، تاریخ، منجيم لیک و طیبی شامیل اولان ایلکين بیلیم لری ائوده اویره ندی. ‏آوینیون اونیوئرسیته سینده فلسفه، دیل بیلگی سی و خیطابه بيلگی سی اوخویوب بيتردی. ‏‏«حکیم» شؤهره تینی 16- نجی عصر ده آوروپادا قارا اؤلومون (طاعونون) قیر غینلیغینا تاپدیغی ‏توخداغا گؤره قازاندی.‏ نوستر آداموسون توخداغی تزه هاوا، تمیز سو و ‏C‏ ویتامین ایدی. بو توخداقلا اونلارجا اینسان ‏اؤلومده ن قورتاردیلار آنجاق نوستر آداموس اؤز قادینی ایله ایکی او شاغینی قورتارا بیلمه دی. اونلار ‏‏1537- نجی ایلده اؤلدولر و نوستر آداموس او زامان یاشاديغی آخئن شهه رینی ترک ائدیب آلتی ‏ایل سوره جه یی سفیللیکده یاشاماغا باش قویدو. تخمینا بو زامانلاردا اؤزونده گله جه يی گؤرمه ‏دویغولارین اویا نیشیني حیس ائتدی. 1547-نجی ایلده نوستر آداموس سالون شهرینده قالارغی ‏یاشاييشی باشلیييب یئنی دن ائوله نيب آلتی اوشاق – اوچ اوغلان اوچ قیز صاحيبی اولدو. او، سالو ‏نداکی ائوینین یوخاری قاتینی لابراتوار ائليییب اورانی عجیب آینالار، اوسطورلابلار، مانقال و دئلفی ‏ده آپولون هیره مینده کی قوتسال اوچ ديره كلی سینه بنزه ین اوچ ديره كلی ایله دولدوردو.‏ ‏1550- نجی ایلده نوستر آداموس اوزون اوزادی فیکیر له شمه لردن سونرا ییرمی دؤرد اؤن ‏گؤروجو روباعی نیی ایچه ر ه ن (شامیل اولان) بیر تقویم یایدی.‏ نوستر آداموسون بو تقویمنی خوش قارشیلاماقلار اونون اؤز اؤن گؤردو کلرینده ن بئله چوخ ‏ایدی و یاشامینین سونونا دک ایلده بو تقویملردن بیرینی یایماق یئته ردی. او آوروپا گله جکده ‏ياشاياجاق تاریخی نی ایچه ره ن «سئنتوری» لرین (یوزایل لرین) یا زماغینا 1554-نجو ایلده ‏قویولدو.‏ بیر ایل سونرا هر بؤلومده یوز دؤردلویو (روباعی سی) اولان ایلک دؤرد بولوملو کتیابی یا ‏ییلدی. سئنتوری نین سون اولاراق اونونجو بؤلومو 1558- ده بوراخیلدی.‏ سونرالار بیلگینین اوغول لاری «سئنتوری لره» تکميله اولاراق «اوراکول» ‏‎(Oracul)‎‏ آدیندا ‏بیر کيتاب چیخاردیلار. «سئنتوری لر» لاتينجه ایضافه لرله یاناشی ائسکی فرانسیزجا یازیلمش دیر ‏لار. بوکتیابین اؤن سؤزونده نوستر آداموس «اؤن گؤرولرين» «روح القدسون آغزيندان» اولماسي ني ‏وورغولاماقدادير (تاكيد ائتمكده دير) نوستر آداموس اينكيزيسيونون بيله سينه قوندارميش خبرچي ‏لرين سورغولاماسيندان قورخاراق سيمبول لار ديلي، توتوشدورما (مؤقاييسه)، آدلار و تاريخ لري ‏رمزله يازماقدان يارارلاناراق كيتابي رمزي فورمادا يازميشدير.‏ ‏«سئنتوري لر»ي آراشديرانلارين وئرديكلرينه گؤره نوستر آداموس دؤردلوك لرين ايلك حرف ‏لرينده اولاجاق اولايلارين تاريخيني ساي رمزلرينده گيزله تميشدير. بئله كي روباعي لرين هر ‏ميصرعي اؤزه ل بير سايي وئرير. ايلك ميصرعده اولان حرف لرين ساي توپلامي بيرينجي، ايكينجي ‏يا دا اوچونجو ميصرعين سايي ايله بيردير. (دئمك بو هانسي مين ايللييي ايشاره تله مكده دير) ‏اوبيري ميصرع لرين ساي توپلامي دا اؤزه ل بير اولايين قالان تاريخيني گؤرسه تمكده دير. هردن ‏روباعي لرده بو قايداني پوزان قصدي يانليشلار بوراخيلميشدير. بوتونلويو 970 روباعيني ايچه رن ‏‏«سئنتوري لر» سانكي يازارين گله جه يه گئتدي يي يولجولوغون گونلويو كيمي ديرلر. ( 2300- ‏نجو ايلدن سونرانين اولايلاريني اؤن گؤره ن دؤردلوك لر كؤكدن يوخ اولوب دا اليميزه يئتيشمه ‏ميشدير لر)‏

مؤعممالي اؤن گؤرولرين ايلك باسيمي نين گؤرونمه ميش باشاري سيندان سونرا شئعر ‏ساياغي مؤعممالار اوزه رينه درين ائتكي بوراخان فرانسانين قراليچه سي كاترينا مئديچي ميشل ‏نوستر آداموسو پاريسده قصرينه چاغيردي.‏ بو 1556-نجي ايلين ايولوندان آوگوستونا دك سوره ن بير آيليق يولجولوق بؤيوك باشاري ‏اولدو. نوستر آداموس ائن مونمورانسي و باشقا زاده گان لار طره فيندن محبت و هديه لرله ‏قارشيلاندي.‏ ‏1564- ده شاه هئنري ‏II‏ نين بير شواليه ليك (آتچي ليق) تمرينينده اؤلوب نوستر آداموس ‏اؤنجه دن ايشاره له دييي كيمي اونون واريثي اولان فرانسيس ‏II‏ ده آنسيزين (بيردن، ناگهان) اؤله ‏ندن سونرا فرانسانين قرالي قارل ‏IX‏ نوستر آداموسو اؤز شخصي حكيمي، مونه جيمي اولاراق ‏منصوب ائتدي.‏ تاريخده مشهور اولان اولاي نوستر آداموسون فرانسالي گنج كئشيش فئليچه پيئرئتي نين ‏اؤنونده ديز چؤكوب اونون گله جك روما كاتوليك كيلسه سي پاپي اولاجاغيني اؤن گؤردو. گنج ‏كئشيش بونو اينانميييب دا بو سؤزه گولدو اما 19 ايل سونرا سيكستV‏ آدي ايله روما پاپي اولدو.‏ دئييلن لره گؤره نوستر آداموس اؤز اؤلومونون دقيق تاريخيني ده بيليرميش. 1566-نجي ايل ‏ايولون بيرينجي گونو آقشامي قوللوقچوسونو چاغيريب اونا خئييرلي گئجه ديله يه ره ك اونا «مني ‏صاباح ديري گؤرمه يه جك سينيز» دئميشدي. اونو صاباح لابراتوارينين يئرينده جانسيز اوزانميش ‏تاپيرلار. نوستر آداموس وصيت نامه سينده چوروموش سوموكلري داغيلماسين دئيه آياق اوسته ‏قويلانماسيني ايسته ميشدي. ‏ اونون مزار داشينين اوستونده «بوردا فاني لرين بيري، اولدوزلارين يئركوره نين اوزونده ‏اولاجاق اولايلارين اوزه رينده بوراخان ائتكي لريني آنلاماق و تانري سال قلمي ايله يازماق وئرگي ‏سينه صاحيب اولان نوستر آداموسون سوموكلري قويلانميشدير.» يازيلميشدير.‏ اونون شؤهره تينه حيسادت ائده نلر مؤنه جيمين ساده بير الكل پرست اولدوغونو و دؤردلوك ‏لريني الكل دلي ليك لرينده ياراتديغيتي يازيرديلار. فرانسوا رابله اونون حاقيندا مسخره ايله «تانري ‏سال شوشه لر (بطري لر) مؤجوزه لري» آدي وئره ره ك دانيشير.‏ ‏1781-ده روما پاپي نوستر آداموسون اؤن گؤرولريني تكفير ائديب اونلارين ياييلماسيني ‏ياساقلادي. اون ايل سونرا اينقيلابچي ياكوبين لر اونون مزاريني سؤكوب سوموكلريني چيخاريب ‏آسيب سونرا داغيتديلار. (سانكي نوستر آداموس بونو دا اؤنجه گؤرموشدو.)‏ طرفدارلاري اونون ياديگارلاريني ساخليييب سالونداكي سن لوران كيلسه سينه داشيرلار. (بو ‏شئي لر بو گونه دك كيلسه ده قالير).‏ سئنتوري لرده فرانسادا «عصرين يئني له نمه ك» و شاهين دئوريلمه سينن (سوقوطونون) ‏اؤن گؤرولمه سيني تاپان اينقيلابچي روبئسپيئرين امري ايله حرمت سيزليك ائده ن لري ‏جزالانديريرلار.‏ اينقيلاب توپلومو هله نوستر آداموسون مزاري اوستونه «اينقيلابي اؤن گؤره ن» لؤحه سي ده ‏قويماق قرارينا گلير. آنادان اولدوغو شهه ر سن رئمي ده، ده هئيكلي قورولور.‏

بو گونه دك روباعي لرين تاپماجالاريني چؤزمك ايچين چوخ چاليشمالار اولوب چوخلو ساي ‏چئويرمه لر و چؤزوم كيتابلاري ياييلميشدير. بعضي آراشديران لارا گؤره نوستر آداموسون اؤن ‏گؤردوكلري نين دوغرويا چيخديغينين فائيزي (يوزده نئچه لييي) چوخ يوخاري دير.‏
Commons-da
Nostradamus
ilə əlaqədar fayllar var.
Our "Network":

Project Gutenberg
https://gutenberg.classicistranieri.com

Encyclopaedia Britannica 1911
https://encyclopaediabritannica.classicistranieri.com

Librivox Audiobooks
https://librivox.classicistranieri.com

Linux Distributions
https://old.classicistranieri.com

Magnatune (MP3 Music)
https://magnatune.classicistranieri.com

Static Wikipedia (June 2008)
https://wikipedia.classicistranieri.com

Static Wikipedia (March 2008)
https://wikipedia2007.classicistranieri.com/mar2008/

Static Wikipedia (2007)
https://wikipedia2007.classicistranieri.com

Static Wikipedia (2006)
https://wikipedia2006.classicistranieri.com

Liber Liber
https://liberliber.classicistranieri.com

ZIM Files for Kiwix
https://zim.classicistranieri.com


Other Websites:

Bach - Goldberg Variations
https://www.goldbergvariations.org

Lazarillo de Tormes
https://www.lazarillodetormes.org

Madame Bovary
https://www.madamebovary.org

Il Fu Mattia Pascal
https://www.mattiapascal.it

The Voice in the Desert
https://www.thevoiceinthedesert.org

Confessione d'un amore fascista
https://www.amorefascista.it

Malinverno
https://www.malinverno.org

Debito formativo
https://www.debitoformativo.it

Adina Spire
https://www.adinaspire.com