Web - Amazon

We provide Linux to the World


We support WINRAR [What is this] - [Download .exe file(s) for Windows]

CLASSICISTRANIERI HOME PAGE - YOUTUBE CHANNEL
SITEMAP
Audiobooks by Valerio Di Stefano: Single Download - Complete Download [TAR] [WIM] [ZIP] [RAR] - Alphabetical Download  [TAR] [WIM] [ZIP] [RAR] - Download Instructions

Make a donation: IBAN: IT36M0708677020000000008016 - BIC/SWIFT:  ICRAITRRU60 - VALERIO DI STEFANO or
Privacy Policy Cookie Policy Terms and Conditions
Manna Dövləti - Vikipediya

Manna Dövləti

Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا

E. ə. I minilliyin əvvəlində Cənubi Azərbaycan ərazisində Urmiya gölü hövzəsində mərkəzləşmiş dövlətin meydana gəlməsi üçün şərait yaranır və yeni təşkil edilən dövlət Manna adlanır.

Manna Assur və Urartu işğallarına qarşı mübarizə də mətinləşirdi. Manna dövləti qonşuların işğalına qarşı özunü müdafiə mövqeyində saxlayır, xarici siyasətini siyasi vəziyyətə uyğunlaşdırır, ayrı-ayrı xırda vilayət hakimlərini vahid mərkəzdə birləşdirməyə cəhd göstərirdi.

Xırda dövlət birləşmələri. E. ə. IX əsrdə Manna ərazisinda bir sıra xırda dövlət birləşmələri mövcud idi. Bu dövlətlər müstəqil xarici siyasət yürüdür və xarici müdaxiləyə qarşı təkbaşına mübarizə aparırdılar. Mannanın ərazisində Zamua, Mazamua, Gilzan, Allabria, Karalla, Meişta-Mesi, Alateye, Surikaş, Missi, Gizlibunda, Uişdiş, Buştu, Bara-Sanqibuti, ZikirtuAndia kimi vilayətlər meydana gəlmişdi.

Urmiya gölünün cənubunda Zamua vilayəti yerləşirdi. Bu ərazi lulluların məskəni olmuşdu. E. ə. IX əsrin birinci yarısında Zamua siyasi cəhətdən vahid deyildi və bir neçə müstəqil vilayətlərə parçalanmışdı. Assur qaynaqlarında «Zamua hökmdarları» ifadəsi bu ölkə ilə əlaqədar işlədilmişdir. Deməli, Zamua ərazisi ayrı-ayrı xırda hakimlər tərəfindən idarə olunurdu. Ölkənin siyasi pərakəndəliyi şəraitində Zamua hökmdarları xariçi işğallara qarşı güclü müqavimət göstərə bilmirdilər, nəticədə ölkə çapılıb talan edilir, yaxud da xərac verməklə əhalini və əmlakını saxlaya bilirdi. E. ə. 880-ci ildə assur hökmdarı II Aşşurnasirpal (e. ə. 883—859-cu illər) Zamua ölkəsinə hücuma keçir. Bu zaman Assuriyaya xərac verməkdən imtina edən zamualılar da üsyana qoşulurlar. II Aşşurnasirpal Süleymaniyyə keçidini aşaraq Zamuanın Nisir74 dağına yaxınlaşır. Әhali müqavimət göstərə bilmir. Assurlar yeddi qalanı ələ keçirərək dağ arxasındakı 150 yaşayış məntəqəsini də tuturlar. II Aşşurnasirpal Zamuanın paytaxtı Zamri75 şəhərinə yaxınlaşır. Vergidən boyun qaçıran Zamua hökmdarı Ameka şəhərinin müdafiəsini təşkil edə bilmir və qaçıb dağlarda gizlənir. Assurlar Lallu çayını keçib Etini keçilməz dağına yaxınlaşırlar. Qaynağın mə'lumatına görə, Etini dağı ərazisində hökmdar məskənləri yerləşirmiş. Buradan mis əşyalar, hökmdar xəzinəsi və əmlakı, əhalinin sitayiş etdiyi allahlar qənimət kimi aparılır. II Aşşurnasir lal yürüşü davam etdirərək Zamuanın Edir77 və Elaniu çaylarını keçir və yüksək Suv78 dağlarına çatır. Ameka burada özünə sığınacaq tapıbmış. O, döyüşə girmək əvəzinə, indi də Sabua dağına qaçır. Çox güman ki, Amekanın daimi, yaxud müqavimət göstərə bilən güclü ordusu da yox imiş. Burada Assur hökmdarı ibadət yerlərini dağıtdı, mis əşyalar, əmlak və çoxlu atlar ələ keçirdi.

Müqavimət görməyən II Aşşurnasirpal Zamua ölkəsini ələk-vələk edərək Zamuanın Arzizu vilayətinə gəlib çatır. Arzizu Nispi sıldırımlı dağı ətrafında yerləşirdi. Burada Ata adlı bir nəfər hökmdar idi. Aşşurnasirpalın mə'lumatına görə, ondan əvvəlki heç bir hökmdarın ayağı bu yerlərə dəyməyibmiş, O bu ölkənin də qalalarını və yaşayış məntəqələrini dağıdır, yandırıb külə döndərir. Arzizu vilayətinin qonşuluğunda Sipirmen ölkəsi yerləşirdi. Sipirmen əhalisi basqının qarşısını almaq məqsədilə assur hökmdarına mis əşyalardan ibarət xərac göndərir. Aşşurnasirpal qeyd edir ki, «Spirmen əhalisi arvad kimi danışır». Bəlkə də «arvad kimi> danışmaq müəyyən dini ibadət ilə bağlı imiş.

Aşşurnasirpal buradan Arakdi şəhərinə yola düşür. Qaynağın mə'lumatına görə, «Zamua ölkəsinin bütün hökmdarları» qorxuya düşərək onun yanına gəlir və itaət rəmzi olaraq qızıl, gümüş, qurğuşun, tunc, tunc qab-qacaq, müxtəlif rəngli parçalardan tikilmiş paltarlardan, o çümlədən at, mal-qara və şərabdan ibarət idi. Aşşurnasirpal onların üzərinə yeni vergilər qoyur. O, Zamuada olarkən Kilzan vilayəti, hubuşknya ölkəsi və başqa şəhər elçiləri könüllü olaraq xərac gətirirlər. Lakin əhalinin bir qismi Aziru və Simaki dağları arasında yerləşən Mesu qalasında sığınacaq tapdı. Aşşurnasirpal ətraf kəndləri dağıdır, yandırır, 500 döyüşçüsü həlak olur, lakin Mesu qalasını ala bilmir. Mesu81 yəqin ki, Urmiya gölünün cənub-qərbində, dağlarda yerləşirdi.

Beləliklə, e. ə. IX əsrin birincı yarısında Zamua ölkəsində xırda hakimiyyətlər mövcud idi. Vahid mərkəzdə birləşmədiyindən Zamua hökmdarlarının hər biri assur ordusuna qarşı təkbaşına mübarizə aparmalı olur, yaxud xərac göndərməklə Assuriya ilə müstəqil siyasi əlaqə yaradırdılar. Әvvəlki dövrlərdə lullubi adlanan Zamua əhalisi vaxtilə burada vahid dövlət yaratmışdılar. Assurlardan uğurlu müdafiə olunmaq və tam müstəqil siyasət yürütmək üçün indi də vahid (e. ə. IX əsrin birinci yarısı) mərkəzə tabe olan dövlət idarə sisteminin yaradılmasına eHtiyac duyulurdu.

Manna dövlətinin yaranması. Manna adı ilk dəfə e. ə. 343-cü ildə Assur qaynaqlarında yad edilmişdir. Ölkənin adı mixi qaynaqlarda Mannaş, Munna və daha çox Manna şəklində yazılırdı. Urartu mixi yazıları ölkəni Mana, tövrat isə Mini kimi qeyd edirdi. İosif Flavi (I əsr) Urmiya gölünün cənub-qərbinə və qərbinə şamil edilən Miniada formasını işlətmişdi. Assur qaynaqlarında Maina əslində tayfa adını bildirirdi.82

Assur hökmdarı III Salmanasar (e. ə. 859—824-cü illər) e. ə. 856-cı ildə Mannanın Zamua83 vilayətinə soxuldu, burada Nikdiara və Nikdimanın şəhərlərini tutdu. Görünür, bunlar şəhər hakimləri olmuşlar, çünki hakimiyyət rütbələri gestərilməmişdir. III Salmanasar dəniz (Urmiya gölü) döyüşundə onların ordusunu məğlubiyyətə uğradır. Elə həmin il Urmiya gölünün qərbində yerləşən Kilzan vilayətinin hökmdarı Asau oğlanları və qardaşları ilə birlikdə III Salmanasarı qarşılayır, ona at, dəvə, mal-qara və şərabdan ibarət xərac verir. Bu yolla Gilzan hökmdarı ölkəii assurlarıi talanından qoruyur. E. ə. 835-ci ildə o, Mannanın cənubunda, Parsua84 ölkəsinin qonşuluğunda yerləşən Messi vilayətinə də hücum edir.

E. ə. 829-cu ildə III Salmanasar bilavasitə Manna hökmdarı Ualkinin (Udaki) hakimiyyəti altında olan torpaqlara soxuldu. Ualki də müqavimət göstərə bilmədi, paytaxtı Zirtu (sonrakı İzirtu) şəhərini tərk edərək qaçdı. III Salmanasar müdafnəsiz qalmış Mannanın saysız-Hesabsız mal-qarasını, davapını və var-yoxunu taladı, şəhərlərini dağıdaraq yandırdı. Bir il sonra Salmanasar Mannanın Buştu vilayətinin eyni adlı şəhərini tutdu. Gilzanda hakimiyyətə gəlmiş Upu və uzaq Andiya85 vilayəti ona xərac göndərdi.

Beləliklə, e. ə. IX əsrin ortalarında, bəlkə də birinci yarısında Urmiya gölü hövzəsində Manna dövləti artıq yaranmışdı. Manna bütün Cənubi Azərbaycan torpaqları üzərində hakimiyyətini bərqərar edə bilməmişdi, hələ müstəqil siyasət yürüdən vilayətlər mövcud idi. Xususilə Gilzan müstəqil hökmdarlar tərəfindən idarə olunurdu. Zamua-lullubilər ölkəsi Mannanın mərkəzi torpaqları idi. Assuriyanın hərbi müdaxilələri Manna hökmdarlarını ölkəni vahid mərkəzdə birləşdirməyə vadar edirdi. Lakin Manna uzun müddət buna nail ola bilməmişdi. Çünki mannalılar iki cəbHədə müdafiə olunmağa məcbur idilər. Bir tərəfdən assur hökmdarları Mannaya hərbi yürüşlər təşkil edir, şəhər və yaşayış məntəqələrini dağıdır, əhalini çapıb talayır, öldürür, digər tərəfdən isə Van gölü hövzəsində e. ə. IX əsrdə meydana gəlmiş Urartu dövləti Mannaya qarşı işğalçılıq siyasəti yürüdərək torpaqlarını zəbt edir və burada möHkəmlənmək niyyəti güdürdü.

Manna artıq e. ə, IX—VIII əsrlərin hüdudunda Urmiya gölü hövzəsində ən güclü bir dövlətə çevrilirdi. Eyni zamanda xırda hakimiyyətlərin vahid bir mərkəzdə birləşdirilməsi sahəsində ilk addımlar atırdı.

Assurların Mannaya müdaxiləsi. Assur hökmdarı V Şamşi-Adad (e. ə. 823—811-ci illər) Mannaya qarşı yürüşünü Zamua torpaqlarından başladı.86 Burada Mekdiaranın oğlu Şarsina hakim (rütbəsi göstərilməmişdir) idi. Onun vilayətini talan etdi, 300 yaşayış məntəqəsini tutdu və dağıtdı. Eyni zamanda o, Urartu hökmdarı İşpuininin 11 qalasını və 200 yaşayış məntəqəsini də tutaraq dağıtdı, döyüşçülərini məhv etdi, oğul və qızlarını əsir apardı. Çox güman ki, Urmiya gölünün cənub və cənub şərqində yerləşən və Mannaya mənsub olan bu torpaqları İşpuini (e. ə. 825—812-ci illər) işğal etmişdi. V Şamşi-Adadın bu yürüşü nəticəsində Urartu Mannanın tərb torpaqlarından sıxışdırılıb çıxarıldı. Bu ərazidə Mannanın sunbi (sonrakı subi, sumbi) tayfası məskunlaşmışdı. Urartu hökmdarının məğlubiyyəti və assur ordusunun burada daimi qərar tutmaması Mannaya öz ərazisinə sahib olmaq üçün şərait yaratdı. Sunbilər yaranmış fürsətdən istifadə etdilər. Lakin V Şamşi-Adad yürüşdən qayıdan zaman sunbiləri də məğlubiyyətə uğratdı və atlardan ibarət vergi aldı. E. ə. 820-ci ildə V Şamşi-Adad yenə də Nairi ölkələrinə hərbi səfərə çıxdı. Bu dəfə Manna ərazisində heç bir müqavimətə rast gəlmədi. Mannalılar, sunbilər, Şarsina özü və başqaları Şamşi-Adadı atlardan ibarət xərac ilə qarşıladılar, bununla da əhalini talandan qorudular. Lakin Mesi vilayətinin əhalisi qaçıb Urmiyə gölünün cənub-qərbində sıldırım qayalarda gizləndi. Qaynaqda qeyd edilir: «Mesilər qaçdılar və göydən bulud kimi sallanan üç dağ zirvəsində («üç qaya» arasında) gizləndilər». V Şamşi-Adad mesiləri tə'qib etdi. 500 yaşayış məntəqəsini dağıdaraq yandırdı, əhalini var-yoxdan çıxartdı, mal-qaranı, qoşqu atlarını, ikiküvənli dəvələri, qatırları və əsirləri qənimət kimi apardı.

V Şamşi-Adad buradan Qizilbunda/Qizilbuda (Gizilbunda, yaxud Gizilbuda) ölkəsinə yola düşdü. Qizilbunda Manna ilə Midiyanın arasında, indiki Qızıl Üzən çayının cənubdan başlayan qolunun yuxarı axarında və dağlıq sahədə yerləşirdi. Assurlar Qizilbundanın Kinaki şəhərini tutaraq yandırdılar, ölkənin «daşlı dağı Bişbizidaya» qalxdılar. Oranın bə'zi hakimləri itaət məqsədilə V Şamşi-Adada at və qoşqu ləvazimatından ibarət xərac verdilər, lakin Qizilbunda əhalisi assurlardan canlarını qurtarmaq üçün yaşayış yerlərini tərk etdilər və Uraş qalasında gizləndilər. Assurlar Uraş qalasını ələ keçirərək dağıtdılar. Qizilbunda hökmdarı Pirişati döyüşdə 6 min döyüşçü itirdi, özü isə 200 döyüşçü ilə əsir düşdü. Qaynağın mə'lumatına görə, assurlar Uraş «şəhərinin gücələrini, qırmızı yun kimi döyüşçülərin qanına boyadılar», əsirlər tutdular, əhalinin əmlakını, mal-qarasınıq davarını, atlarını, qızıl, gümüş və tunc qablarını ələ keçirdilər. V Şamşi-Adadın dediyinə görə, o, «Günbatan dənizə» (Xəzər) kimi əhali arasında vahimə yaratdı.

Bu zaman, yə'ni IX əsrin sonunda Qizilbunda hökmdar tərəfindən idarə olunurdu, Mannadan hələ tam asılı deyildi, E. ə. IX əsrin sonunda assur hökmdarı III Adadnirari (810—783-cu illər) öyünür ki, Günbatan (Xəzər) dənizə kimi yerləşən ərazini işğal etmişdir. İşğal olunmuş ölkələr içərisində Manna, onun vilayətləri Mesu, Qizilbunda, «uzaqda yerləşən» Andna, Allabria,87 o cümlədən Midiya yad edilmişdir.

Mə'lumat təfsilatlı olmadığından güman etmək olar ki, bu ölkələr təzədən işğal olunmamışdı. E. ə. IX əsrin sonunda Assuriya hökmdarlarının işğal hədəfinə çevrilmiş Manna dövləti, onun vilayət hakimləri və hökmdarları gah uğursuz müqavimət göstərir, gah da assur ağalığını xərac verməklə tanımağa məcbur olurdular.

Mannada Urartu işğalları, E. ə. IX əsrin ikinci yarısında Urartu şərq istiqamətində geniş işğallar həyata keçirməyə başladı. Urartu Şərqi Anadoluda Van gölü (Türkiyə) yanında yaranmış dövlət idi. Urartu hökmdarları Urmiya gölü hövzəsində Manna torpaqları hesabına ərazilərini genişləndirməyə cəhd göstərirdilər. Dövləti birlikdə idarə edən İşpiuni və onun oğlu Menua (e. ə. 810—781-ci illər) Urmiya gölünün cənubunda yurüş təşkil edirdilər. İşpiuni Mannanın II qalasını ələ keçirmişdi. Şamşi-Adadın qələbəsindən sonra yəqin ki, Manna öz torpaqlarına sahib olmuşdur. İşpuini və oğlu Menua birgə səfər zamanı (e. ə. 812-ci ildə) Mannanın Meişta vilayətini tutaraq buradan cənub istiqamətinə hərəkət etdilər və Parsuanın (urart. Barşua) bir sıra şəhərlərini ələ keçirdilər. Çox güman ki, 11 Manna qalası Meiştanın ərazisində (Urmiya gölünün cənub-qərbi) yerləşirmiş. Lakin mannalılar bu torpağı yenidən geriyə qaytarırlar. Menua təkbaşına hakimiyyəti zamanı (e. ə. 809-cu il) təzədən bu əraziyə yürüş etdi. Qaynaqda deyilir ki, «o, Meişta şəhərini tutdu, oradan Mana ölkəsini aldı». Menua Urmiya gölünün cənubu ilə irəliləyərək gölün cənub-şərqinə, müasir Mianduaba gəlib çatdı və burada yazılı abidə qoydurdu.89 Eyni zamanda o, burada qala saldırır ki, bu torpaqlar nəzarət altına alınsın. Lakin mannalılar tezliklə öz torpaqlarını urartulardan təmizləyirlər. Menua bir daha Mannaya qarşı yürüş etməli olur.

Bu yürüş barədə Menuanın kitabəsində deyilir: «Allah haldinin qüdrətilə Menua, İşpuini oğlu, Mana ölkəsinə yola düşdü, ölkəni dağıtdı, oda tutdu». Menuanın Mannaya bu hücumu heç bir siyasi müvəffəqiyyətlə nəticələnmədi, Manna Urmiya gölünün cənubunda olan və Urartu müdaxiləsinin hədəfinə çevrilən torpaqlarının sahibi olaraq qaldı. Urartu və Assuriyanın Mannanın bu ərazisi üstündə mənafeləri toqquşurdu.

E. ə. VIII əsrin birinci yarısında Assuriya dövləti siyasi böhran dövrünə qədəm qoydu. Belə şəraitdə Urartu Ön Asiya hadisələrində iştirak edən qabaqcıl qüvvəyə çevrildi və Manna Urartu hökmdarı I Arkiştinin diqqətini (e. ə. 781—760-cı illər) daha çox cəlb etməyə başladı. O bir neçə dəfə (e. ə. 779— 774-cü illər) Manna torpaqlarına soxuldu. E. ə, 779-cu ildə 1 Argişti Mannaya və Buştu vilayətinə hərbi qüvvə yeritdi və böyük qənimətlə (18827 adamın bir qismini öldürdü, bir qismini əsir apardı, 606 at, 184 dəvə, 6257 mal-qara, 33203 davar) geriyə qayıtdı. E ə. 778-ci ildə Yenə Mannaya və İrkuiniyə bastın etdi. Bu dəfə də İrkuini talan edildi. E. ə. 777-ci ildə Manna və Buştu istiqamətində hərbi yürüşlər keçirdi. Argiştinin kitabəsində qeyd edilir. «Haldi allahı... Mana ölkəsina qalib gəldi. Buştu ölkəsinə qalib gəldi.. Mən Buştu ölkəsinə getdim. Aşkaya91 ölkəsinin vadisini tutdum, Uqiştini92 ölkəsinin Şatiraraqani vilayətinə mərhəmət göstərdim, Uşni93 ölkəsini tutdum (?). Mən Alateye dağlıq ölkəsinə çatdım, ölkəni yandırdım, şəhərlərini dağıtdım, kişi və qadınları oradan apardım». Adı çəkilən vilayətlər Urmiya gölünün cənubundan Taştəpə istiqamətində yerləşirdi. Alateye isə buradan cənub-şərqə doğru uzanırdı və qədim Aratta torpaqlarını əhatə edirdi. Yəqin ki, urartlar bir ilin ərzində bir neçə dəfə Mannaya qarət xüsusiyyətli basqın etmişdilər. Alateye ölkəsi ilə əlaqədar kitabədə deyilir: «Bir il ərzində mən 7873 adamın bir qismini öldürdüm, bir qismini diri apardım. 290 atını, 101 dəvəsini, 4909 baş mal-qarasını, 19550 baş davarını apardım». Manna öz istiqlaliyyəti uğrunda mübarizə aparırdı, lakin ölkəni Urartu talanından qorumaq iqtidarında deyildi və əslində müdafiə mövqeyini tutmuşdu. E. ə. 775-ci ildə I Argişti yenidən Manna torpaqlarına soxuldu, Buştunun UiHika şəhərini tutdu, əhalisini taladı. Bir il sonra o, Mannanın paytaxt şəhəri ŞimeriHadiri94 qalasını tutdu, kişi və qadınlarını əsir apardı. Urartu hökmdarlarının torpaq iddiaları və işğalçılıq müharibələri Mannanın işçi qüvvəsini məhv edir, təsərrüfat həyatına böyük ziyan vururdu. Eyni zamanda da Mannanın işğalçılara qarşı müqaviməti artır, yeri gəldikcə urartların qarşısına hərbi qüvvə ilə çıxırdı. Mannada tam siyasi birliyin olmaması urartların asanlıqla buraya basqınlar etməsinə şərait yaradırdı. Buna baxmayaraq urartlar I Argiştinin dövründə Urmiya gölünün cənubunda möHkəmlənə bilmədilər.

Urartu hökmdarı II Sarduri (e. ə. 760—730-cu illər) Mannaya qarşı sələflərinin işğalçılıq siyasətini davam etdirirdi. O, e. ə. 750-ci ildə Manna üzərində qələbə çaldığını bildirdi. Bir müddət sonra o, Manna torpaqlarında nisbətən geniş işğallar həyata keçirdi. E. ə. 747-ci il ərzində II Sarduri Urmiya gölünün şimalından keçərək cənubi Azərbaycana indiki Qaradağ ərazisinə soxuldu. Burada o, Puluadi ölkəsini tutaraq, hökmdar Kadiavı95 məğlub etdi. Ölkənin paytaxtı Lubliuni ilə yanaşı 45 şəhər və 21 qala Urartu hökmdarının əlinə keçdi. Ölkə dağıdıldı, əhalisi isə əsir aparıldı. II Sarduri Puluadini itaətdə saxlamaq üçün qalalar tikdirərək ərazisini Urartuya birləşdirdi. Burada yazılı daş abidə qoydurdu.99 E. ə. 745-ci ildə II Sarduri Mannanın cənub torpaqlarınə soxuldu. Kitabədə bu hadisə belə təsvir edilir: «Mən Manna ölkəsinə gəldim, ölkəni tutdum, şəhərlərini yandırdım, dağıtdım, ölkəni taladım, kişi və qadınları Biaynili (Urartu) ölkəsinə apardım. Darbani97 qalasını, isteHkamı döyüşlə tutdum. Orada hərbi dəstələr yerləşdirdim, ölkəni öz ölkəmə birləşdirdim». Urartu hökmdarlarından ilk dəfə II Sarduri sələflərinin uzun-uzadı müharibələrinə yekun vurdu və Mannanın müəyyən hissəsini e. ə. 40-cı illərdə Urartu hakimiyyətinə tabe etdi. Lakin bu da uzun sürmür. Tezliklə Assuriya Yenidən siyasi səhnədə irəli çıxdı və Urartunun mövqelərinə zərbə endirməyə başladı. Belə şəraitdə Manna işğal olunmuş torpaqları uğrunda mübarizəyə qalxdı və siyasi dirçəliş dövrünə qədəm qoydu.

Mannanın yuksəlişi. Assuriyada III Tiqlatpalasarın (e. ə. 744—727-ci illər) hakimiyyətə gəlməsilə Ön Asiyada siyasi vəziyyət dəyişildi. O, geniş işğalçılıq müharibələri aparır, Assuriyanın beynəlxalq nüfuzunu qaldırırdı. Mannada və başqa ölkələrdə o, Assuriyanın siyasi tə'sirnni artırmaq məqsədilə Urartu ilə toqquşmalı oldu. III Tiqlatpalasar Manna istiqamətində Mazamua (Urmiya gölünün cənubu və cənub-qərb vadi hissələri) vilayətini tutaraq orada yeni məskunlar yerləşdirdi və Mazamuanı Assuriyaya birləşdirdi. Mazamua Zamuanın şimal hissəsini təşkil edirdn. Urartu da bu torpaq uğrunda uzun-uzadı müharibələr aparmışdı. Bununla urartlar Mannanın bu ərazisindən sıxışdırılıb çıxarıldılar. III Tiqlatpalasar işğal olunmuş ölkələrin əhalisini bir yerdən başqa yerə köçürmə siyasəti yürüdürdü. O, Urmiya gölü hövzəsində (əsasən qərb və cənub-qərbində) yaşayan kutiləri, sanqibutiləri, sanqilləri, budiləri, nakkabiləri98 və s. başqa əraziyə köçürdü və məskunlaşdırdı. Lakin III Tiqlatpalasar Mannanın digər vilayətlərinə toxunmadı. Tiqlatpalasarın işğal etdiyi ölkələr içərisnidə Manna yad edilmir, o, ancaq Mannanın qonşuları Urartu və Midiya ilə müharibələr aparırdı. Manna hökmdarı III Tiqlatpalasarın şəxsində özünün müttəfiqini görürdü.

İranzunun dövləti mərkəzləşdirmə siyasəti. Manna hökmdarı İranzu (e. ə. 740—719-cı illər) yaranmış siyasi vəziyyətdən bacarıqla istifadə etdi. Ola bilsin ki, o, III Tiqlatpalasar ilə ittifaqa girmişdi. Assur ordusunun Urartuya qarşı uğurlu müharibələrindən istifadə edərək, İranzu Urartu tərəfindən işğal olunmuş Manna torpaqlarını geriyə qaytarmağa müəssər oldu İranzu Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etdi və ölkədə canişinlik sistemi yaratdı. Canişinlər mərkəzi hakimiyyətdən asılı idilər. İranzu şərqdə və şimalda Mannanın hakimiyyətini möHkəmləndirdi. Ola bilsin ki, şimalda Manna Araz çayı ilə, çənub və cənub-şərqdə müvafiq surətdə Kassi ölkəsi, Parsua və Midiya ilə həmsərhəd idi. Qərbdə Mannanın sərhədləri bə'zi hallarda Urartunun cənubu və cənub-qərbində yerləşən hubuşkiyaya çatırmış. hubuşkiyanın qonşusu, Urmiya gölünün qərbində yerləşən Gilzan da yəqin ki, bu dövrdən Mannanın tərkibinə daxil olmuşdur. İranzunun hakimiyyəti illərində Manna demək olar ki, cənubi Azərbaycanın sərhədlərində bərqərar oldu99 və Urmiya gölü hövzəsində ən qüvvətli bir dövlətə çevrildi.

Bu dövrdə Mannada ikimeylli xarici siyasət mövcud idi. Bir qrup Assuriya ilə ittifaqa meyl göstərir, bununla da Manna torpaqlarının bütövlüyünü saxlayır və Urartunun işğalçılıq niyyətlərinə sədd çəkirdi. İranzu Assuriya ilə müttəfiq kimi davranır və onun siyasi üstünlüyünü tanıyırdı. Uzun müddət Urartu müdaxiləsinə qarşı mübarizə aparan Mannaya əmin-amanlıq lazım idi. Digər qrup Urartu ilə ittifaqa meyl göstərir və Assuriya əleyHinə qüvvələri birləşdirməyə çağırırdı. Ola bilsin ki, III Tiqlatpalasar Urmiya gölünün cənub və cənub-qərb torpaqlarının Urartuya meyl göstərən əhalisini siyasi mövqeyinə görə köçürmüşdü. hər halda ikinci qrupun siyasəti Mannanın ərazi bütövlüyünü parçalaya bilərdi, eyni zamanda daxili qüvvələrin və vilayətlərin mərkəzi dövlət ətrafında birləşməsinə əngəl törədərdi. Keçmişin təcrübəsi Manna hökmdarının xarici siyasətinin istiqamətini müəyyənləşdirdi. Onun assur meylli siyasəti Ön Asiyanın bu qüdrətli dövlətini Mannanın havadarına çevirmişdi. Belə hal, ilk növbədə Urartunu narahat edirdi, çünki Urartu hökmdarları Manna torpaqlarını işğal etmək niyyətindən əl çəkməmişdilər.

Assur meylli-xarici siyasət Manna dövlətini Urartu işğallarından xilas etmiş və ölkənin vahid mərkəzdə birləşməsi üçün şərait yaratmışdı. Lakin İranzunun dövləti mərkəzləşdirmə siyasəti Mannanın müəyyən canişinlərinin mənafeyinə uyğun gəlmirdi, canişinlərin bə'zisi mərkəzdən ayrılma fitvasına gedirdilər. Eyni zamanda Urartu Mannanın daxili işlərinə qarışır, canişinləri mərkəzi hakimiyyətə qarşı üsyaia təhrik edirdi.

Urartu hökmdarı I Rusa ,(e. ə. 730-— 714-cü illər) işğalçılıq niyyətini həyata keçirmək məqsədilə Mannanın Zikirtu vilayətinin canişini və başqa şəhərlər ilə sazişə girdi. Mannanın Zikirtu vilayətinin canişini Metatti100 əhali arasında İranzuya qarşı üsyan meylləri yaradırdı. E. ə. 719-cu ildə Mannanın Şuandahul və Durdukka şəhərlərinin əhalisi Metattiyə arxalanaraq İranzuya qarşı üsyana qalxdı. Assur hökmdarı II Sarqonun (e. ə. 722—705-ci illər) kitabəsində bu barədə deyilir: «Hakimiyyətimin üçüncü ilində Şuandahul və Durdukka qala şəhərləri öz ağalarına, mənim boyunduruğumu çəkən Manna hökmdarı İranzuya qarşı üsyan fikrinə düşdülər və zikirtulu Metattiyə arxalandılar. Zikirtulu Metatti onlara öz döyüşçü və suvarilərini verməklə yardım göstərdi. (Allah) Aşşurun çoxlu qoşununu mən silahlandırdım və bu şəhərləri tutmağa getdim». II Sarqon sələflərinin Manna ilə ittifaqına sadiq qalaraq üsyançıların üzərinə qoşun yeritdi. Yürüşün gedişində üsyana meyl edən və I Rusa ilə sövdələşən bir sıra şəhər əhalisini Suriyaya köçürdü. II Sarqon mə'lumat verir ki, «Sukka şəhər əhalisini, Bala şəhər əhalisini, Abitikna şəhər əhalisini onların kökünü kəsə biləcək pis məsləhət verdiyi və Urartu hökmdarı ilə sazişə girdiyi üçün, günah işlətdikləri üçün mən öz yerlərindən qərbə, Suriyaya köçürdüm». II Sarqon üsyançı şəhərləri dağıdaraq yandırdı. Beləliklə, canişin Metatti və I Rusa tərəfindən Manna hökmdarı İranzuya qarşı hazırlanmış üsyan Assuriyanın köməyilə yatırıldı. Lakin özgə torpağında ara qızışdıran Rusaya uyan Meuatti vahid Manna dövlətini parçalamaq üçün fürsət axtarırdı. İranzu vəfat etdikdən sonra onlar yeni müttəfiqlər tapıb Manna hökmdarına qarşı fitnə-fəsada başladılar.

Daxili ixtilaflar. İranzunun vəfatından sonra oğlu Aza (e. ə. 718—716-cı illər) hakimiyyətə gəldi. Atası ona böyük və qüdrətli dövlət qoyub getmişdi. Onun qısamüddətli hakimiyyəti illərində Mannada daxili ixtilaflar yeni vüs'ət aldı və dövlət parçalanma təhlükəsinə mə'ruz qaldı. Aza Mannada yaranmış mürəkkəb siyasi şəraitdə iki il hakimlik etdi, Mərkəzdən ayrılmaq istəyən qüvvələr gizli hazırlıq aparırdılar. Urartu bu qüvvələrin təşkilində fəal iştirak edirdi, E. ə. 716-cı ildə Mannanın Urartu meylli qüvvələri Azaya qarşı sui-qəsd təşkil etdilər. Sui-qəsdin təşkilatçısı olan I Rusa qasid vasitəsilə Manna canişinləri—Uişdiş vilayətinin hakimi Baqdatti101 və zikirtu vilayətinnn hakimi Meetattit ilə gizli əlaqəyə girdi. Sui-qəsd nəticəsində Aza öldüruldu və meyidi Uauş dağına atıldı. II Sarqon bu haqda belə məlumat vermişdir: «Һakimiyyətin altıncı ili urartlı Ursa Manna canişinləri uişdişli Baqdattini və zikirtulu Metattini Şarukinə və ağalarının oğlu Azaya qarşı ayağa qaldırdı... Onlar əlçatmaz Uauş dağında Manna ölkəsinə ölüm gətirdilər və araları Azanın meyidini oraya atdılar.».

Aza həlak olduqdan sonra onun qardaşı Ullusunu (e. ə. 716—680-ci illər) Manna hakimiyyətinə sahib olur. Qaynağın verdiyi mə'lumata görə, onun hakimiyyətə gəlməsində I Rusanın əli olmuş, bunun əvəzində isə o, Ullusunudan 22 Manna qalasını alıbmış. II Sarqon qeyd edirdi ki, «Mannalı Ullusunu atasının taxtına oturub urartlı Ursaya arxalandı və 22 qalasını ona rüşvət verdi». Mannadakı Urartu meylli hakim quvvələr yəqin ki, bir müddət Ullusununun xarici siyasətinin ən'ənəvi istiqamətini dəyişməyə nail oldular. Ullusunu isə qardaşının aqibətini yad edərək dövlətin bütövlüyünü saxlamaq naminə bu qüvvələrə üz tutdu. Qaynaq qeyd edir ki, «Ullusunu Assuriyanın yardımından imtina etdi, urartlı Ursaya arxalandı, qonşu əyalətləri mənə qarşı qaldırdı və sonra: —«Urartu ilə müttəfiq olmaq lazımdır»—deyə onlara müraciət etdi. Ullusunu eyni zamanda Karalla və Allabria hakimlərini Urartuya xidmət etməyə sövq etdi. Beləliklə, Ullusunu Assuriya əsarətindən azad olmaq üçün Urartu ilə ittifaqa girdi.

Mannada Assuriya əleyHinə yaranmış siyasi vəziyyət II Sarqonu qəzəbləndirdi və e. ə. 616-cı ildə o, Mannaya qoşun çəkdi. Ullusunu assur ordusuna qarşı meydanda tək qaldı. Paytaxtı İzirtu şəhərini tərk edərək dağlara qaçdı. Sarqon Mannanın paytaxtını, İzibia və Armed isteHkamlı şəhərlərini tutaraq yandırdı. O, Azanın qətlində iştirak etmiş Baqdattini tutdu, dərisini soydurdu və mannalılara göstərdi.

Metatti döyüşə girməyə cur'ət etmədi, öz adamları ilə qaçıb meşədə gizləndi. O, Allabria hakimi İttini də ailəsi ilə birlikdə sürgün etdi. Karalla haknmn də cəzasız qalmadı Mannada yaranmış müxalifət dağıdıldı, lakin tamamilə məhv edilmədi. II Sarqonun qələbəsini eşidən Ullusunu mannalılar ilə birlikdə onun yanına gələrək mərhəmət dilədi. II Sarqon Ullusununu, Manna hökmdar ailəsinin nümayəndəsini hakimiyyətdə saxladı. Sarqonun kitabəsi bununla əlaqədar qeyd edirdi: «Mən onun (Ullusununun) saysız-Hesabsız günahlarını bağışladım, ona mərhəmət göstərdim və onu hökmdar taxtına oturtdum. Ursa və Mitattidən aldığım 22 qalanı və 2 isteHkamı ona verdim və onun məzlum ölkəsini bərpa etdim. Mən hökmdar təsvirimi düzəltdim, Aşşurun, mənim ağamın qələbələrini ora yazdım, gələcək günlər üçun onu paytaxt şəhər İzirtuda qoydum». II Sarqon bütün Manna torpaqlarını Ullusunuya tabe edir Beləliklə, Ullusunu Mannanın yeganə hökmdarına çevrilir, Assuriyanın siyasi ağalığını tanıyır və yəqin ki, ona xərac verməyə boyun olur. Ölkənin daxilində siyasi hərc-mərcliyə, mərkəzdən ayrılma meyllərinə, Urartunun Mannada fitnə-fəsad yaratmasına və Manna torpaqlarını mənimsəmək niyyətinə son qoymaq üçün Assur meylli xarici siyasət Ullusununun yeganə çıxış yolu idi.

Urartu hökmdarı I Rusa yenə də Mannaya qarşı təcavüzdən əl çəkmir və onun canişinləri ilə sövdələşməyə başlayır, hətta Mannanın 22 qalasını zəbt edir. Manna canişini Dayakku109 Rusanın fitnəsinə uyur və mərkəzi hakimiyyətə tabelikdən çıxır. Kitabədə qeyd edilir: «Hakimiyyətimin yeddinci ilində urartlı Rusa mannalı Ullusunuya xəyanət etdi və onun 22 qalasını zəbt etdi. O, Manna canişini Dayaukkuya Ullusunu barədə yalan və şübHəli sözlər dedi və onun oğlunu girov götürdü». E. ə. 715-ci ildə II Sarqon Ullusunu ilə ittifaqına sadiq qalaraq Manna müxalifətçilərinə qarşı yürüşə çıxdı. Ullusunuya qarşı çıxış edən Andia və Zikirtu canişinləri yardım üçün I Rusanın yanına qasid göndərdilər və xəbər verdilər ki, «assur hökmdarı bizə qarşı gəlir». I Rusa ordu toplayıb Mannanın Uauş dağı yanında Sarqonu qarşıladı. Sarqon Uauş dağında Manna müxalifətçilərini və I Rusanı məğlubiyyətə uğratdı. Urartu hökmdarı döyüş meydanını tərk edərək qaçdı. Onun 250 hakimi ailə üzvlərilə əsir düşdü. Urartunun 55 isteHkamı və II qalası, həmçinin Ullusunuya mənsub 22 qala onun əlindən alındı. Zikirtu hakimi döyüş meydanından qaçdı. Onun paytaxtı Pardu və başqa isteHkam qalaları yandırıldı.

Dayaukku ailəsi ilə birlikdə buradan köçürüldü. Andia hakimi Telusinanın110 8 qalası zəbt edildi, 4200 əsir mal-qarası və qoyun-quzusu ilə birlikdə Assuriyaya aparıldı. Bsləliklə, I Rusa və daxili ixtilafçılar ağır məğlubiyyətə düçar oldular. II Sarqon yazırdı ki, «mən məzlum Manna ölkəsini bərpa etdim». Lakin ölkədə tam əmin-amanlıq və sakitlik yaranmadı. Yenə də mərkəzdən ayrılma cəhdləri göstərildı.

II Sarqonun Mannaya böyük yürüşü. Bir il sonra e. ə. 714-cü ildə II Sarqon Manna, Midiya və başqa ölkələrə böyük yürüş etdi. Manna ilə əlaqədar Sarqon bir neçə məqsəd güdürdü. Birincisi, Mannanı Urartu təcavüzündən və tə'sirindən tamamilə azad etmək; ikincisi, Assuriyanın mövqeyini Mannada möHkəmləndirmək və müttəfiq münasibətlərini saxlamaq; uçüncüsü, Mannada mərkəzdən ayrılma hallarına son qoymaq və xəracın vaxtlı-vaxtında Assuriya xəzinəsinə göndərilməsini tə'min etmək. Manna hökmdarı Ullusunu ölkənin ərazi bütövlüyünü və müstəqilliyini saxlamaq üçün II Sarqona arxalanırdı.

II Sarqon Kullar dağını aşıb, lullubilərin Zamua vilayətinə gəlib çıxdı, Sumbi vilayətində döyüşə hazırlıq keçirdi. Sonra çətin keçilən dağları aşaraq yeddi dağa çatdı. Aratta ölkəsinin çayını və Rappa çayını keçərək, Mannanın digər vilayətlərinə daxil oldu. Karalla və Allabrinin qonşu vilayəti Surikaşa endi. SiniHini qalasında Ullusunu II Sarqonu qarşıladı. Manna hökmdarı Sarqonun qabağına öz ə'yanları, ağsaqqalları, canişinləri, ailə üzvləri və başqaları ilə birlikdə çıxdı və xəracı təhvil verdi. Oradan o, yolda xərac toplaya-toplaya Parsuaşa gəldi. Midiya və başqa ölkələr onun üçün buraya xərac gətirdilər. Xərac verənlərin biri də Andirpatianu şəhərinin hakimi Maşdakku idi. Parsuaşdan çıxıb Mannanın Messi vilayətinə gəldi. Sirdakka114 qalasında Ullusunu II Sarqonu qarşıladı, ordusunu ərzaqla təcHiz edərək müxtəlif hədiyyələr verdi. Ullusunu istəyirdi ki, II Sarqon «döyüşdə I Rusanı məğlub etsin, ora-bura səpələnmiş mannalılar öz yerlərinə (yurdlarına) qaytarılsınlar». II Sarqon «Urartunu yıxmağı, onların (mannalıların) sərhədini bərpa etməyi, Manna ölkəsinin məzlum adamlarına sülH verməyi və'd etdi». Sarqon Manna hökmdarına şərəfli ziyafət verdi. II Sarqon kitabəsində qeyd edir: «Onların ağası hökmdar Ullusununun qabağına sufrəli miz qoydum, onun taxtını atası və valideyni İranzudan daha yüksəyə qaldırdım, onları assurlar ilə bir süfrəyə oturtdum». II Sarqon Manna ilə ittifaqa böyük əhəmiyyət verirdi. həm də Urartunun Mannada ərazi iddialarına son qoymaq uçün «zalım düşmənin ayağını onların ölkəsindən kəsməyə» çalışırdı. Qizilbunda vilayətinin rəisləri qorxudan II Sarqona xərac fətirdilər. Mənbənin verdiyi mə'lumata förə, «Qizilbunda vilayəti siyirmə kimi Manna və Midiya ölkələrinin arasını115 kəsmişdi». Ullusunu Sarqonun şərəfinə yazılı abidə qoydurdu. Guman ki, mannalıların öz yazısı olmuşdur.

II Sarqon yürüşünü davam etdirərək Mannanın şərq vilayətlərinə yaxınlaşdı, İştaraura çayını keçdi, Zikirtu və Andiya vilayətlərinin sərhədinə çatdı. Zikirtu canişini Metatti qorxaraq Uaşdirikku dağına qaçdı, ordusunu isə I Rusaya köməyə göndərdi. II Sarqon burada qala və yaşayış məntəqələrini dağıdaraq Mannanın mərkəz hissəsi ilə Urmiya gölünun cənubuna doğru irəlilədi və Uişdiş118 vilayətinə çatdı. Mənbə qeyd edir ki, «Uişdiş Rusa tərəfindən tutulmuş Manna vilayəti idi». Buradakı Uauş dağı yanında qanlı döyüş başlandı. Metatti və I Rusa onlara köməyə gəlmiş qonşu hökmdarlar ilə birlikdə ağır məğlubiyyətə uğradılar. II Sarqon salnaməsikdə mə'lumat verir ki, «qəddar duşmənin ayağını Manna ölkəsindən kəsdim, onların ağası Ullusununun ürəyini razı saldım». Uişdiş vilayəti Mannaya qaytarıldı.

II Sarqon Mannanın Uşkaya qalasına gəlib çıxdı. Uşkaya Urartunun sərhədində, Urmiya gölünun cənub-qərbində Subi vilayətində yeləşirdi. Subi vilayəti mannalılara mənsub olmuşdu, lakin Urartu bu ərazini mənimsəmişdi. Burada atçılıq xeyli inkişaf etmişdi. Dağ keçidində qayalıq üzərində tikilmiş Uşkaya Subi vilayətində isteHkam idi. Qalanı yerlə yeksan edən II Sarqon qoyun-quzu sürüləri saxlanılan və Sanqibutu adlanan Bara vilayətinə keçdi. Subi, Zarand vilayətləri, Taru və Tarmakisu şəhərləri bu ətrafda yerləşirdi 122 Һəmin şəhər və vilayətləri dağıtdıqdan sonra, II Sarqon bilavasitə Urartunun ərazisinə keçdi. Urartunun bir çox vilayəti dağıdıldı və talan edildi. II Rusa artıq müqavimət göstərə bilmədi və özünü öldürdü Bundan sonra Urartu zəiflədi və bir daha Mannanın daxili işlərinə qarışmadı.

Bir il sonra (e. ə. 713-cü il) II Sarqon yenidən yürüş təşkil etdi. Çünki bu zaman Mannanın Karalla vilayəti üsyan qaldırmışdı. Üsyai yatırıldıqdan sonra, II Sarqon Ullusunudan. xərac alıb Midiya torpaqlarına daxil olur və burada dağıntılar törədir. Ola bilsin ki, bu dəfə Midiya Assuriyaya qarşı ittifaqlar yaradırdı.

Manna dövlətinin süqutu. Manna uzun müddət Aesuriya ilə ittifaqa sadiq qaldı və e. ə. VII əsrin birinci rübündə Qafqazdan gəlmiş skit tayfaları ilə ittifaqa girdi. Mannanın qərb və cənub-qərb vilayətlərində kimmer-skit-sak tayfa birləşmələr» məskunlaşır və Assuriyaya qarşı böyük təhlükə yaradırdı. Belə şəraitdə Mannadakı qüvvələr Assuriya əleyHinə baş qaldırdı. Manna assur itaətindən çıxdı, Manna hökmdarı AHşeri (e. ə. 675—650-ci illər) artıq Assuriyadan asılı vəziyyətdə deyildi, ən'ənəvi ittifaqı pozmuşdu. Buna görə də Assur hökmdarı Aşşurbanipal (e. ə. 669—627-ci illər) Manna ərazisinə soxuldu. Salnamədə qeyd edilir ki, Aşşurbanipal «Manna hökmdarı AHşeriyə qarşı getdi, çünki o, Aşşurbanipalın ata-babalarına tabe olmurdu». E, ə. 650-ci ildə Mannanın ərazisində döyüş başlandı. AHşerinin başçılığı ilə Manna ordusu məğlub oldu. Aşşurbanipal Mannanın bir sıra şəhər və qalalarını, o cümlədən paytaxtı İzirtunu dağıtdı, əhalisini, mal-qara və atlarını qənimət kimi apardı.

AHşerinin məğlubiyyəti ona baha oturdu. Assur meylli quvvələr ona qarşı usyan təşkil etdilər. Üsyançılar AHşerini öldurdulər. Qaynaq qeyd edir ki, «Onun ölkəsinin əhalisi üsyan qaldırdı, onu öldürüb meyidini şəhər meydançasına atdı». hakimiyyətə AHşerinin oğlu Ualli (yaxud Valli e. ə, 650—630-cu illər) gəldi və Assuriya ilə ittifaqı tə'cili bərpa etdi. Oğlu Erisinnini Assuriyaya girov köndərdi. Onun arxasınca isə qızını assur sarayına yola saldı. Manna yenidən Assuriyadan asılı vəziyyətə düşdu. Bundan sonra Manna Assuriya ilə ittifaqa tam sadiq qaldı. E. ə. 616-cı ildə Assuriya Midiya və Babilistan ilə mübarizədə təklənən zaman Manna hərbi dəstələri ona köməyə gəldi. Assuriya artıq süquta doğru gedirdi. E. ə. VI əsrin 90-cı illərində (e. ə. 593-cü ildə) Manna müstəqil dövlət kimi varlığını saxlayırdı. Çox güman ki, e. ə. 590-cı ildə Manna İranın mərkəzində yaranmış güclü Midiya dövlətini tanımış, lakin daxili müstəqilliyini saxlamışdı. Bundan sonra Manna adı tarixdən silindi.

Bağlantilar və islah

Our "Network":

Project Gutenberg
https://gutenberg.classicistranieri.com

Encyclopaedia Britannica 1911
https://encyclopaediabritannica.classicistranieri.com

Librivox Audiobooks
https://librivox.classicistranieri.com

Linux Distributions
https://old.classicistranieri.com

Magnatune (MP3 Music)
https://magnatune.classicistranieri.com

Static Wikipedia (June 2008)
https://wikipedia.classicistranieri.com

Static Wikipedia (March 2008)
https://wikipedia2007.classicistranieri.com/mar2008/

Static Wikipedia (2007)
https://wikipedia2007.classicistranieri.com

Static Wikipedia (2006)
https://wikipedia2006.classicistranieri.com

Liber Liber
https://liberliber.classicistranieri.com

ZIM Files for Kiwix
https://zim.classicistranieri.com


Other Websites:

Bach - Goldberg Variations
https://www.goldbergvariations.org

Lazarillo de Tormes
https://www.lazarillodetormes.org

Madame Bovary
https://www.madamebovary.org

Il Fu Mattia Pascal
https://www.mattiapascal.it

The Voice in the Desert
https://www.thevoiceinthedesert.org

Confessione d'un amore fascista
https://www.amorefascista.it

Malinverno
https://www.malinverno.org

Debito formativo
https://www.debitoformativo.it

Adina Spire
https://www.adinaspire.com