Privacy Policy Cookie Policy Terms and Conditions Vladimir İliç Ulyanov - Vikipediya

Vladimir İliç Ulyanov

Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا

Vladimir İliç Ulyanov (Lenin) 1910
Enlarge
Vladimir İliç Ulyanov (Lenin) 1910

Vladimir İliç Ulyanov (Lenin) (22 Aprel 1870 - 21 Yanvar 1924)

Rus inqilabçısı, publisist, SSRİ-nin qurucusu, XX əsrin ən görkəmli siyasətçilərindən biri.

Mündəricat

[redaktə / تحریر] Ailəsi

Lenin (həqiqi soyadı Ulyanov) Vladimir İliç (Simbirsk 1870-Moskva ətrafı,1924) - KP (B) partiyasının və Sovetlərin qurucusudur. Vladimir İliç Ulyanov Simbirskdə xalq məktəbi inspektorunun - İlya Nikolayeviç Ulyanovun (1831-1886) ailəsində anadan olmuşdur. Onun atasının şəxsi (qeyri-irsi) dvoryanlığı olmuşdur. Leninin ailəsi çomillətli olmuşdur və onun kökündə bir neçə millətlilik özünü daha qabarıq göstərir - çuvaş, kalmık, rus, alman, yəhudi, isveç.

Lenin ata tərəfindən babası Nikolay Vasilyeviç Ulyanov milliyyətcə çuvaş olmuşdur. Daha sonralar atası milliyyətcə kalmık, anası isə bəzi məlumatlara görə rus olan Anna Alekseyevna Smirnova ilə evlənmişdir. Nikolay Ulyanovun ölümündən sonra isə İlya Ulyanovun qayğısına onun böyük qardaşı Vasiliy Ulyanov qalmışdır. Qardaşı ona kifayət qədər təhsil verə bilmişdi ki, o, gedib Kazan Universitetinin fizika-riyaziyyat fakultəsinə qəbul olunmuşdur. 1869-cu ildən Simbir quberniyasında xalq məktəbinin inspektor və direktoru işləmişdir. III dərəcəli müqəddəs Vladimir medalı ilə təltif olunduqdan sonra Lenin atası 1882-ci ildə irsi dvoryanlıq hüququ qazanmışdır.

Leninin ikinci (ana tərfdən) babası Aleksandr Dmitriyeviç Blank (xristianlığı qəbul etməmişdən əvvəl İzrail Moyşeviç Blank) hərbi həkim olmuşdur. Daha sonra Kazan dvoryanlığını qəbul etmişdir. Tezliklə Kazan quberniyasında Kokuşkino mülkünə sahib olmuşdur. Leninin anası Mariya Aleksandrovna və onun dörd bacısı çox erkən analarını itirmişlər, onları xalaları tərbiyə etmiş, musiqi və xarici dilləri onlara tədris etmişdir.

[redaktə / تحریر] Gəncliyi. İnqilabi fəaliyyətinə başlaması

1879-1887-ci illərdə təhsil aldığı Simbir gimnaziyasını qızıl medalla qurtarmışdır. Daha sonra Kazan Universitetinin Hüquq fakultəsinə daxil olmuşdur. Tələbə hərəkatlarında iştirak etdiyi üçün Universitetdən xaric olunmuşdur.

Onun böyük qardaşı 1887-ci ildə III Aleksandra qarşı "narodovolçuluq"da ittiham olunub edam edildi. Bəzi tarixçilərin yazılarına əsasən Lenin məhz bu hadisədən sonra tarixi-sirli frazasını işlətdi - "Başqa cür hərəkət etmək lazımdır!".

1888-ci ilin payızında Leninə Kazana qayıtmağa icazə verildi. Burada o, N.E.Fedosyev tərəfindən təşkil olunmuş marksist dərnəklərin birinə üzv oldu. Burada K.Marksın, F.Engelsin və Q.V.Plexanovun əsərləri müzakirə olunurdu. MarksınEngelsin əsərləri Leninin dünya görüşünün formalaşmasında mühüm rol oynamışdır - O, inamlı marksistə çevrilir.

1889-cu idə Lenin Sankt-Peterburq Universitetində imtahanlardan keçir. Buranı qurtardıqda sonra proletarların hüquqlarını müdafiə edən vəkil kimi fəaliyyət göstərmişdir.

İsveçrədə Q.V.Plexanovla, Almaniyada V.Libeknextlə, Fransada P.Lafarqom və başqa beynəlxalq fəhlə hərəkatının nümayəndələri ilə görüşmüşdü.

1895-ci ildə paytaxta qayıdıb Y.O.Çederbaumun rəhbərliyi ilə "İşçi Sinifin Azadlığı Uğrunuda Mübarizə İttifaqı" adlı cəmiyyət formalaşdırırlar. "Mübarizə İttifaqı" fəhlələr arasında aktiv təşviqat işləri ilə məşğul idilər. Onlar tərəfindən 70 vərəq buraxılmışdır.

1895-ci ilin dekabrında Lenin tutulur və Yenisen quberniyasının Şuşenskoe kəndinə 3-il müdətinə sürgün olunur. Burada 1898-ci ilin iyulunda Lenin N.K.Krupskaya ilə evlənir, türmədə olduğu müddətdə yazdığı materiallar əsasında "Rusiyada Kapitalizmin inkişafı" adlı kitab yazır, bir neçə məqaləni tərcümə edir və onlar üzərində işləyir. Sürgündə olduğu müddətdə o 30-dan artıq iş yazmışdır.

[redaktə / تحریر] I Mühacirət

1900-cu ildə Leninin sürgünlük müddəti bitdi. Elə həmin il o, Rusiyanı tərk etdi. Mühacirətdə olduğu müddətdə marksizmi təbliğ edən "İskra" ("Qığılcım") qəzetinin əsasını qoymuşdur.

1901-ci ilin dekabrında bu qəzetdə o, Lenin ləqəbi (onun həmçinin V.İlin, V.Frey, İ.Petrov, K.Tulin, Karpov və b. ləqəbləri olmuşdur) ilə öz ilkin məqalələrindən birini nəşr etdirdi. 1902-ci ildə yazdığı "Nə etməli? Hərakatımızın ağrımış sualları" işində o, öz mərkəzləşmiş təşkilat ("Bizə inqilabçıların təşkilatını verin və biz Rusiyanı çevirək!") konsepsiyası ilə çıxış etmişdir.

1903-cü ilin 17 iyulundan 10 avqusta kimi Cenevrə, Brüssel və Londonda RSDFP-nin II qurultayı keçirildi. 5- il öncə keçirilmiş partiyanın I qurultayı faktiki olaraq heç bir nəticə verməmişdi: heç bir proqram qəbul olunmadı, proletariatın inqilabi gücünü birləşdirmək mümkün olmadı, I qurultayda seçilmiş MK-nın bütün üzvlərinin tezliklə hamısı həbs olundu. Lenin qurultayın hazırlığına dair işləri öz üzərinə götürdü.

Qurultaydan çox öncə Lenin partiyanın nizamnaməsini yazmış, qurultayın fəaliyyət planını hazırlamışdı. Plexanovun iştirakı ilə Lenin partiyanın proqramı proyektini də hazırlamışdı. Proqramda partiyanın yaxın gələcəyə olan məqsədləri öz əksini tapmışdı: çarizmin devrilməsi, demokratik respublikanın qurulması, kənddə təhkimçiliyin qalıqlarını aradan qaldırmaq, kəndlilərə torpaqların qaytarılması, 8-saatlıq iş rejimi, millətlərin bərabərhüquqluğunun yaradılması. İşçi hərəkatının qarşısında son məqsəd kimi tamamilə yeni bir cəmiyyətin - sosializm cəmiyyətinin qurulması qoyulmuşdu. Ona çatmaq üçün vasitə - sosialist inqilab və proletariat diktaturası olmalı idi.

Qurultay açılan kimi partiyanın müxətlif cinsli olduğu ortaya çıxdı. Lenin proletariat diktaturasını sərt şəkildə qoymuşdu və mövqeyini müdafiə edirdi. Bu polemikadan Lenin qalib çıxsada partiya iki fraksiyaya - Lenin başda olmaqla "Bolşeviklər" və Martinov başda olmaqla"Menşeviklər"ə parçalandı.

[redaktə / تحریر] I Rus inqilabı, 1905

1905-1907-ci illər inqilabı Lenini İsveçrədə haqladı. 1905-ci ilin aprel ayında Londonda RSDFP-nin III qurultayında Lenin inqilabın əsas vəzifəsi kimi Rusiyada mütləqiyyətin və təhkimçiliyin aradan qaldırılmasını müəyyənləşdirdi. Leninin nöqteyi-nəzərini bəyənən qurultay iştirakçıları partiyanın taktikasını müəyyənləşdirdi: tətillərin təşkili, nümayişlər, silahlı üsyanların hazırlanması.

Lenin özgə soyadla Peterburqa gəldi və aktiv fəaliyyətə başladı. Lenin RSDFP-nin Peterburq və Mərkəzi Komitələrinə rəhbərlik edir, "Novaya jizn" ("Yeni həyat") qəzetinə məqalələr yazmağa başladı. Leninin birbaşa rəhbərliyi ilə partiya silahlı üsyan hazırlayırdı. Elə bu illərdə Lenin "Demokartik inqilabda sosial-demokratiyanın iki taktikası" kitabını yazdı və burada proletariatın hegamonluğundan və silahlı üsyandan bəhs edirdi. Öz tərəfinə kəndliləri çəkmək üçün Lenin "Kənd kasıblarına" adlı büroşura yazır. Bu mübarizə uğurla nəticələndi-beləki Lenin Rusiyaya gəldikdən sonra onun tərəfdarlarınını sayı dəfələrlə artdı. 1906-ci ilin sonuna yaxın RSDFP-nin 150 minə yaxın üzvü var idi.

Lenin iştirakı hiss olunmaya bilməzədi, Rusiyada qalmaq təhlükəli idi. 1906-cı ildə Finlandiyaya və oradanda 1907-ci ilin payızında yenidən xaricə çıxdı.

Dekabr silahlı üsyanının uğursuzluğuna baxmayaraq, Lenin qürurla deyirdi ki, Bolşeviklər bütün inqilabi güclərini sərf etmiş, onlar bu yola ilkin qədəm qoymuş və ən sonda bu yolun qeyri-mümkünlüyünü anlayıb ən sonuncu geri çəkilmişdilər.

[redaktə / تحریر] İkinci mühacirət

1908-ci ilin ilk günlərində Lenin İsveçrəyə qayıdır. 1905-1907-ci il inqilablarının məğlubiyyəti onun inqilabi fəaliyyətini heç də zəiflətmədi, əksinə sonrakı yazılarında inqilabi ruhun yenidən qalxacağını qaçılmaz bir hadisə hesab edir və yazırdı-"Əzilmiş ordu daha yaxşı öyrənir". 1912-ci ildə Lenin RSDFP-ni leqallaşdırmaq istəyən "Menşeviklər"lə əlaqəni tamamilə qırır.

5-may 1912-ci ildə ilk leqal Bolşevik qəzeti olan "Pravda"("Həqiqət")-nın ilk nömrəsi çıxdı. Onun baş redaktoru faktiki olaraq Lenin idi. 2 il müddətində "Pravda" qəzetində Leninin təxminən 270-ə qədər məqalə və fikirləri nəşr olunmuşdur. Həmçinin Lenin mühacirətdə olarkən IV Dövlət Dumasda Bolşeviklərin fəaliyyətinə rəhbərlik edirdi, RSDFP-nin II İnternasionalda təmsil edirdi, partiya və milli suallara aid məqalələr yazır, fəlsəfə ilə məşğul olurdu.

1912-ci ilin sonlarından başlayaraq Avstriya-Macarıstanın ərazisində yaşamağa başlamışdır. I Dünya Müharibəsi onu məhz bu yerdə haqladı. Avstriya jandarmı Lenini çara şpionluqda ittiham edib tutdu, lakin tezliklə buraxdı. Qayıtdıqdan sonra Lenin "Başlanmış müharibə imperialist, hər iki tərəfdən ədalətsiz müharibədir və işçi qüvvələrin marağlarına uyğun deyil" fikri ilə çəxəş etməyə başladı.

Çimmervalda (1915) və Kintaledə (1916) keçirilən partiya konferensiyalarında Lenin imperialist müharibənin vətəndaş müharibəsinə çevrilməsinin vacibliyini qeyd etdi.

[redaktə / تحریر] Mühacirətdən qayıdış

1917-ci il fevral inqilabından (bu hadisə haqqında Lenin qəzetdən oxumuşdur) sonra Almaniya höküməti Leninə və bir qrup partiya silahdaşı ilə birlikdə İsveçrədən çıxıb Almaniya vasitəsi ilə keçməsinə icazə verdi. Lenin belə deyilən "Plomblanmış vaqonda" hərəkət edirdi-başqa sözlə ona və onun silahdaşlarına vaqonu sərhəddə kimi tərk etmək qadağan olunmuşdu. Həmçinin alman hakimiyyəti çox gözəl bilirdi ki, Lenin kimdir və onun ideyaları qanlı vuruşmanı davam etdirmək niyyətində olan Rusiya üçün necə sosial partlayışa səbəb ola bilər. Həmçinin belə bir hipotez mövcuddur ki, məhz buna görə almanlar Leninə öz ərazilərindən sərbəst keçməyə icazə vermişlər.

Lenin Rusiyaya 3 aprel 1917-ci ildə çatdı. Növbəti gün, 4 apreldə Lenin bolşeviklər qarşısında məruzə ilə çıxış etdi. Bu çıxış tarixə "Aprel tezisləri" kimi düşdü və burada burjua-demokratik inqilabından fəhlə, sosialist inqilabına keçid haqqında öz fikirlərini ifadə etdi. RSDFP (B)-nın idarə etməsini öz üzərinə götürən Lenin bu planı reallaşdırır. 1917-ci ilin aprelindən iyulunadək 170-dən çox məqalə, büroşura, partiyanın MK və bolşevik konferensiyalarının qətnamələrini, çağrışlar yazmışdır. Müvəqqəti hökümət tərəfindən Petroqradda keçirilən 5-7 iyul dinc nümayişinin güllə-baranından sonra ölkədə ikihakimiyyətliliyə son qoyuldu. Bolşeviklər Lenin başda olmaqla hökümətlə açıq mübarizəyə qalxırlar və yeni inqilab hazırlayırlar.

20 iyulda Müvəqqəti hökümət Lenini həbsi haqqında əmr verdi. O, bir müddət Petroqradda daha sonralar 21 avqusta kimi Petroqraddan bir az aralıda – Razliv gölü ətrafında, oktyabrın əvvəllərinədək isə Finlandiyada gizlənməli olmuşdur.

[redaktə / تحریر] Oktyabr inqilabı

24 oktyabr 1917-ci il Lenin Smolnıy şəhərinə gəlir və o vaxt kı, Petroqrad şurasının sədri L.D. Trotskiy ilə birlikdə inqilabi oyanışın bir-başa rəhbərliyi ilə məşğul olmağa başladı. A.F.Kerenskini hakimiyyətdən devirmək üçün 2-gün lazım oldu. Noyabrın 7-də Lenin müvəqqəti hökümətin devrilməsi haqqında müraciət imzaladı. Elə həmin gün keçirilmiş Sovetlərin II Ümumrusiya qurultayında sülh, torpaq və kəndli-fəhlə dövlətinin- başda Lenin olmaqla Xalq Kommisarları Şurasının qurulması haqqında Lenin dekretini qəbul etdi.

5 yanvar 1918-ci ildə Müəssələr Məclisi açıldı. Müəssələr Məclisində çoxluğu eserlər tutdu. Lenin solçu eserlərin köməyi ilə Müəssələr Məclisini seçim qarşısında qoydu: Sovet hökümətini və onun qəbul etdiyi dekretləri tanımaq və ya özünü buraxmaq. Rusiya o zamanlar əhalisinin 90%-i kəndçi olan aqrar bir ölkə idi. Eserlər onların siyasi əqidələrini müdafiə edirdi. Müəssələr Məclisi özünü buraxdı.

124 gün davam etmiş "Smolnıy periodunda" Lenin 110-dan artıq məqalə, dekret, qətnamə çap etdirmiş, 70-dən çox məruzə və çıxışlar etmiş, 120-yə yaxın məktub, teleqram yazmış, 40-dan artıq partiya və dövlət sənədinin yazılmasında və redaktəsində iştirak etmişdir. Həmin müddətdə Lenin XKŞ-nın 77-dən çox yığıncağında, 26-dan artıq MK-nın iclası və müşavirələrində, 6 Ümumrusiya işçilərinin qurultayının hazırlanmasında və keçirilməsində iştirak etmişdir.

Sovet hökümətinin və KP MK-nın Moskvaya Petroqraddan köçməsindən sonra, 11 mart 1918-ci ildən başlayaraq Lenin Moskvada işləmiş və yaşamışdır. Leninin şəxsi evi və kabineti Kremldə, 3-cü mərtəbədə yerləşmişdir.

[redaktə / تحریر] Sovet rəhbəri kimi fəaliyyəti

Sülh haqqındakı dekretə əsasən Leninə dünya müharibəsindən çıxmaq lazım idi. Solçu kommunistlərin və L.D.Trotskinin etirazına baxmayaraq Lenin Almaniya ilə 3 martda Brest sülh müqaviləsini imzalamağa müvəffəq oldu. O, Kremldə yaşamış və fəaliyyət göstərmiş, sosializmin qurulması yolunda öz proqramlarını yerinə yetirməyə başlamışdır. 1918-ci il 30 avqustda Leninə, onun ağır yaralanması ilə nəticələnən sui-qəsdə cəhd oldu.

1919-cu ildə Leninin təklifi əsasında 3-cü Kommunist İnternasionalı yaradıldı. 1921-ci ildə RKP(B) 10-cu qurultayında o, "hərbi kommunizm" siyasətindən yeni iqtisadi siyasətə keçidi vəzifə kimi qarşıya qoydu. Lenin ölkədə ateist dünya görüşünün olmasına və təkpartiyalı sistemin əsasını qoymuşdur. Beləliklə Lenin dünyada ilk sosialist dövlətin əsasını qoyan olmuşdur.

Tezliklə Leninə qarşı olan sui-qəsd özünü göstərdi və Lenin 21 yanvar 1924-cü ildə saat 6-50 də Moskva ətrafı mülk olan Qorkidə vəfat etmişdir. 23 yanvarda Leninin cəsədi Moskvaya gətirilmişdir. Rəsmi vida mərasimi 5 gün gecə gündüz davam etmişdir. 27 yanvarda Leninin balzamlanmış cəsədi arxitektor A.V. Şusevin inşa etdiyi Mavzoleyə qoyulmuşdur.

[redaktə / تحریر] Leninin əsas ideyaları

  • Kommunist partiyası Marksın dediklərinin baş verəcəyini gözləməməli, onu özləri yerinə yetirməlidirlər: "Marksizm - ehkam deyil, fəaliyyət üçün rəhbərlikdir". Kommunist partiyasının əsas məqsədi- istismardan kənar sinifsiz bir cəmiyyəti qurmaq üçün kommunizm inqilabını həyata keçirtməkdir.
  • Ümumbəşər mənəviyyatı adlı bir şey yoxdur, yalnız ayr-ayrı siniflərə məxsus mənəviyyat var. Proletariat mənəviyyatına əsasən kommunizm inqilabının yerinə yetirliməsinə şərait yaradan nə varsa mənəviyyatdır ("Bizim əqidəmiz proletariatın sinifi mübarizəsinin maraqlarına tamamilə tabedir" ). Buna əsasən inqilabın baş verməsi üçün ən ağır fəaliyyət də yol veriləndir.
  • İnqilab heçdə Marksın güman etdiyi kimi bütün dünyada eyni zamanda baş verməyəcək. O ola bilsin ki, əvvəlcə hər hansısa ayrıca bir ölkədə baş versin. Daha sonra bu ölkə digər ölkələrdə baş verəcək inqilablara kömək edəcək.
  • Marksın vəfatından sonra kapitalizm özünün son mərhələsi olan-imperializmə qədəm qomuşdur. İmperializm dünyanı öz aralarında bölüşdürmək istəyən beynalxalq monopolist ittifaqların (imperiya) yaranması ilə xarakterizə olunur, həmçinin nəzərə almaq lazımdır ki, dünyanın ərazi kimi bölüşdürülməsi sona çatmışdır. Beləki hər bir imperialist qüvvə öz gəlirini artırmaq istəyir, onlar arasında müharibə qaçılmazdır.
  • Kommunizmi qurmaq üçün arada bir mərhələ-sosializm zəruridir. Sosializmdə istismar yoxdur, həmçinin cəmiyyətin hər bir üzvünün bütün tələbatını ödəyən material bolluğuda yoxdur.

[redaktə / تحریر] Lenin haqqında bəzi faktlar

  • Leninin "Hər bir aşbaz qadın dövləti idarə etməyə qabildir" sitatında təhrifə yol verilmişdir. Əslində o öz "Bolşeviklər dövlət hakimliyini qoruyub saxlayacaqlarmı" əsərində yazırdı:

Biz utopist deyilik. Biz bilirik ki, hər hansısa bir fəhlə və ya aşbaz qadın dövləti idarə etməyə qabil deyildir. Bu haqda biz kadetlər ilə də, Breşkovskiy ilə də, Çereteli ilə də razıyıq. Lakin bu vətəndaşlardan fərqli olaraq biz hesab edirik ki, dövlətin idarəçiliyi ilə yalnız varlılar və varlı ailəsindən çıxmış şəxslər məşğul ola bilərlər kimi sayıqlamalara son qoyulmalıdır. Biz tələb edirik ki, fəhlə və əsgərlərin maariflənməsinə şüurlu olaraq təcili başlanılsın. Bu maariflənməyə bütün kasıblar və işləyənlər cəlb edilməlidirlər.


  • Lenin hesab edirdi ki, kommunizm XX əsrin 30-40cı illərində qurulacaq. Öz "İttifaq gənclərinin vəzifələri" nitqində o demişdir:

Və budur hal hazırda 15 yaşı olan nəsil hansı ki 20-30 il sonra kommunizm cəmiyyətində yaşayacaqlar, gərək öz nəzəriyyələri qarşısında vəzifəni elə qoysunlar ki, hər gün hər bir kənddə, hər bir şəhərdə gənclər praktiki olara ümumi əməyin bu və ya digər məsələsini-qoy ən kiçik, qoy ən boş bir məsələsini həll etsinlər.


  • Leninin "oxumaq, oxumaq, yenədə oxumaq" şüarı heçdə tekstdən çıxartma deyil. Həmin şüar Leninin 1899-cu ildə yazdığı "Rusiya sosial-demokratiyasının istiqaməti anlayışı" əsərindən götürülmüşdür.


  • Lenin Avstriya-Macarıstanda yaşadığı müddətdə Avstriya jandarmı Lenini çara şpionluqda ittiham edib tutdu, Onu həbsdən azad etmək üçün Avstriya parlamentinin deputatı, sosialist V. Adlerin köməyi lazım oldu. Adlerdən soruşandakı "Siz əminsinizmi ki, Ulyanov-çar hökümətinin düşmənidir?" Adler "Sözsüz, sizin əlahəzrətinizdən daha qəddar" deyə cavab vermişdi. 6 avqust 1914-cü ildə Lenin azad olunur və 17 gündən sonra artıq İsveçrəyə çatır.


[redaktə / تحریر] Leninin əsas işləri

  • "Xalq dostları" nədir, və onlar sosial-demokratlara qarşı necə mübarizə aparırlar? (1894)
  • Rusiyada kapitalizmin inkişafı (1899)
  • Nə etməli? (1902)
  • Bir addım irəli, iki addım geri (1904)
  • Materializm və empiriokritisizm (1909)
  • Xalqların öz müqəddəratlarını təyin etmək haqqında (1914)
  • Sosializm və müharibə (1915)
  • İmperializm Kapitalizmin ən yüksək pilləsi kimi (1916)
  • Dövlət və inqilab (1917)
  • Gənclər ittifaqının vəzifələri (1920)
  • Sovet hakimiyyəti nədir?

Static Wikipedia (no images)

aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu -

Static Wikipedia 2007 (no images)

aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu -

Static Wikipedia 2006 (no images)

aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu

Static Wikipedia February 2008 (no images)

aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu