MiQ-25
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
MiQ-25 | |
---|---|
Xüsusiyyətlər | |
Təyinat | Döyüş-Kəşfiyyat |
İlk Uçuş | 6 Mart, 1964 |
İstismar müddəti | 1967 - Davam edir |
İstehsalçı | Mikoyan-Quryeviç Konstruktor Bürosu |
MiQ-25, (МиГ-25) (NATO kod adı: Foxbat)- SSRİ tərəfindən istehsal edilən, qırıcı-kəşfiyyat təyyarəsi.
Mündəricat |
[redaktə / تحریر] Tarixçə
MiQ-25 proyekti 60-cı illərdə SSRİ tərəfindən Amerikan bombardman təyyarələrinə qarşı müdafiə məqsədi ilə başlanmış, nəticədə Sovet ordusunda MiQ-25, səsdən 3 dəfə sürətli təyyarə kimi effektiv qırıcı-kəşfiyyatçı rolunu oynamışdır. Güclü radar və dörd ədəd hava-hava roketləri ilə təchiz olunmuş təyyarə bir müddət NATO üçün təşviş yaratsa da, 1976-cı ildə Sovet pilot Leytenant Viktor Belenkonun idarə etdiyi MiQ-25 ilə Yaponiyaya qaçması Qərb ölkələrinə təyyarəni analiz etmək və sirrlərini öyrənməyə imkan vermişdir.
[redaktə / تحریر] Döyüş Təcrübəsi
- 1960-1970-ci illər- Misir tərəfindən İsrailə qarşı kəşfiyyat məqsədi ilə.
- 1981-1982-ci illər- Suriya tərəfindən İsrailə qarşı.
- İran-İraq müharibəsi- İraq tərəfindən.
- 1991-ci il İraq əməliyyatı- İraq tərəfindən.
- Qarabağ müharibəsi- Azərbaycan tərəfindən.
[redaktə / تحریر] Hazırkı İstismarçı Dövlətlər
Azərbaycan, Ermənistan, Əlcəzair, Liviya, Qazaxıstan, Rusiya, Suriya, Türkmənistan, Ukrayna.
[redaktə / تحریر] Xüsusiyyətlər (MiQ-25P)
Ümumi
- Ekipaj: Bir
- Uzunluq: 19.75 m
- Qanad məsafəsi: 14.01 m
- Hündürlük: 6.10 m
- Qanad səhəsi: 61.40 m²
- Ağırlıq (boş): 20,000 kq
- Ağırlıq (yüklü): 36,720 kq
- Mühərrik: 2× Tumanski R-15B-300 reaktiv
- Güc: 73.5 kN (hər mühərrik)
- Dartma gücü: 100.1 kN (hər mühərrik)
- Maksimum sürət: Mak 2.83, 3,000 km/s (13,000 m yüksəklikdə)
- Uçuş məsafəsi: 1,730 km
- Praktiki xidmət tavanı: 20,700 m (4 roketlə)
- Qanad yükü: 598 kq/m²
- Yüksəklik əldə etmə müddəti: 20,000 m-ə 8.9 dəq.
Silahlar
- 2 radar-yönləndirməli R-40R (AA-6 'Acrid') hava-hava roketi
- 2 infraqırmızı-yönləndirməli R-40T roketi
Naviqasiya
- RP-25 Smerç radarı
[redaktə / تحریر] Şəkillər
[redaktə / تحریر] Xarici keçidlər