Şəki (rayon)
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Şəki, Azərbaycanın rayonlarından biridir.
Şəki rayonu (1968-ci ilədək Nuxa) 1930-cu ildə təşkil olunmuş, 1963-cü ildə ləğv edilərək ərazisi Oğuz (keçmiş Vartaşen) rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Şimal-şərqdə Dağıstanla həmsərhəddir. Yevlax-Balakən dəmiryol və avtomobil yolları Şəkinin ərazisindən keçir.
Sahəsi - 2397 kvadrat kilometrdir.
Əhalisi (sıxlıq) - 159,9 min nəfərdir.
İri yaşayış məntəqələri - Şəki şəhəri, Baş Köynük, Kiçik Dəhnə, Böyük Dəhnə, Oxut, İncə, Baş Zeyzid, Cəyirli kəndləridir. 1 şəhər, 1 şəhər tipli qəsəbə, 63 kənd var.
Yerli Media -"Şəki", "Şəki fəhləsi" qəzetləridir.
Mündəricat |
[redaktə / تحریر] İqtisadiyyat
Şəki iri taxılçılıq rayonudur. İqtisadiyyatında üzümçülük, meyvəçilik, baramaçılıq, heyvandarlıq da mühüm yer tutur. Rayonda üzüm e'malı müəssisəsi,tütün-fermentasiya zavodları, ət-süd kombinatı,sənaye kombinatları, meşə təsərrüfatı vardır.
[redaktə / تحریر] Mədəniyyət, Təhsil və Səhiyyə Müəssisələri
Burada 54 məktəbəqədər uşaq müəssisəsi, 84 ümumtəhsil və peşə məktəbi, 73 kitabxana, 70 mədəniyyət evi və klub fəaliyyət göstərir.
[redaktə / تحریر] Memarlıq Abidələri
Me'marlıq abidələrindən Şəki xanlarının sarayı, Şəkixanovların evi, Gileyli məscidinin minarəsi, məscid, qala divarları, Dairəvi mə'bəd (XVII-XIX), Zəyzit mə'bədi (XI-XII) mühafizə olunur.
[redaktə / تحریر] İqlimi
Mülayim isti
[redaktə / تحریر] Mənbələr
Azərbaycanın rayon və şəhərləri | |
---|---|
Rayonlar: Abşeron | Ağdam | Ağdaş | Ağcabədi | Ağstafa | Ağsu | Astara | Babək* | Balakən | Bərdə | Beyləqan | Biləsuvar | Daşkəsən | Dəvəçi | Füzuli | Gədəbəy | Goranboy | Göyçay | Hacıqabul | İmişli | İsmayıllı | Cəbrayıl | Cəlilabad | Culfa* | Kəlbəcər | Kəngərli* | Xaçmaz | Xanlar | Xızı | Xocalı | Xocavənd | Kürdəmir | Laçın | Lənkəran | Lerik | Masallı | Neftçala | Oğuz | Ordubad* | Qəbələ | Qax | Qazax | Qobustan | Quba | Qubadlı | Qusar | Saatlı | Sabirabad | Sədərək* | Salyan | Samux | Şahbuz* | Şəki | Şamaxı | Şəmkir | Şərur* | Şuşa | Siyəzən | Tərtər | Tovuz | Ucar | Yardımlı | Yevlax | Zəngilan | Zaqatala | Zərdab Şəhərlər: Əli Bayramlı | Bakı | Gəncə | Xankəndi | Lənkəran | Mingəçevir | Naftalan | Naxçıvan* | Şəki | Sumqayıt | Şuşa | Yevlax Ulduz şəkilli mətbəə nişanı olan (*) Naxçıvan Muxtar Respublikası |